Icma.az
close
up
RU
Övladını tərk edənləri hansı cəza gözləyir? AÇIQLAMA

Övladını tərk edənləri hansı cəza gözləyir? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Zibil qutusuna atılan körpələr, xəstəxana dəhlizində tərk edilən qundaqlar və bir də vicdanını həmin o küncdə qoyub gedən valideynlər. Son vaxtlar oxuduğumuz hər xəbər adamın boğazında düyünlənib qalır. Bir canı dünyaya gətirmək hələ valideyn olmaq demək deyilmiş. Cəmiyyət olaraq bu ağrını içimizdə çəkirik, hər dəfə də eyni sualı veririk. İnsan öz övladını necə və hansı hisslə taleyin ümidinə buraxıb gedə bilər?
Bu məsələnin mənəvi tərəfi bir dərddirsə, hüquqi tərəfi başqa bir reallıqdır. Demokrat.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı maraqlı məqamlara toxunub. O qeyd edir ki, əgər valideyn övladından qanuni yolla imtina edirsə və uşaq müvafiq qaydada dövlət müəssisəsinə yerləşdirilirsə, bu halda valideyn üçün birbaşa cəza nəzərdə tutulmur. Lakin burada incə bir xətt var. Əgər uşaq köməksiz vəziyyətdə, həyatı təhlükədə olacaq şəkildə küçəyə və ya hər hansı ictimai yerə atılırsa, bu artıq cinayət məsuliyyəti yaradır.
“Lakin şəxs valideynlik hüquqlarından məhrum edilsə belə, uşağın saxlanması üçün onsuz da aliment ödəməlidir. Azərbaycanda qanunvericilik övladını təhlükəli vəziyyətdə qoyan və ya ona qarşı qəddar rəftar edən valideynlər üçün cinayət məsuliyyəti də nəzərdə tutur. Bununla yanaşı, uşaqların tərbiyəsi və saxlanması vəzifələrini yerinə yetirməməyə görə inzibati tənbeh tədbirləri, o cümlədən xəbərdarlıq və cərimələr tətbiq oluna bilər. Ümumilikdə isə bu mövzu daha çox hüquqi çərçivədən kənara çıxan mənəvi məsələ kimi qiymətləndirilir. Dövlət uşağın maraqlarını qorumaq məqsədilə həm maddi təminatın davamlılığını, həm də qəyyumluq və övladlığa götürmə kimi alternativ baxım proseslərini nəzarətdə saxlayır”.
Qeyd edək ki, Tovuz rayonunda valideynlər üç övladından imtina ediblər. Ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib. Qeyd olunub ki, valideynləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir. Həmin uşaqlar İ.Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y.Ələsgərovdur (2018). Uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.
Leyla Turan
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri