Icma.az
close
up
RU
Övladının həyatını təhlükəyə atanlar... Antibiotiklər yalnız bu halda istifadə edilməlidir

Övladının həyatını təhlükəyə atanlar... Antibiotiklər yalnız bu halda istifadə edilməlidir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi valideynlərin övladlarına yerli-yersiz antibiotik verməsi hallarına rast gəlinir. Bir neçə gün əvvəl azyaşlının antibiotik istifadəsindən həyatını itirməsi barədə xəbərlərin yayılması ciddi müzakirələrə səbəb olub.

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, ölkə ərazisində satışı həyata keçirilən antibiotiklər 2 yolla əldə olunur. Bunlara xarici ölkələrdən gətirilən ya da, yerli istehsalat nümunələri aiddir. Lakin antibiotiklərin istifadəsi zamanı həkim göstərişi önəmlidir. 

Nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Modern.az-a bildirib ki, həkim təyinatı olmadan antibiotiklər istifadəsi qəti qadağandır. Antibiotiklər əsasən bakterial və yoluxucu infeksiyalara qarşı istifadə edilir. Bu preparatlara qarşı yüksək həssaslığı (ağır allergik reaksiyalar, angionevrotik ödem və s.) olan şəxslər tərəfindən istifadə edilməsi əks göstərişlər yarada bilir. 

Həkim qeyd edib ki, bəzi antibiotik preparatlarının istifadəsində yaş məhdudiyyətləri qoyulub, yəni onlardan bəziləri uşaqlarda tətbiq oluna bilməz. Bu onların səhhəti üçün ciddi təhlükə yaradır. 

Bundan başqa, uşaqlarda dərmanların yaşa və çəkiyə görə, bəzi hallarda xəstəliyin ağırlığı və fəsadların olması nəzərə alınmaqla dozalanması mütləq şərt sayılır. Bunlara əməl edilmədikdə, ağır nəticələr əldə edilir. Həmçinin, böyüklər də apteklərdən bu preparatları alarkən, ilk həkim göstərişini gözləməli, ondan sonra uyğun olanını istifadə edə bilər. 

Zərif Sofiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri