Icma.az
close
up
RU
Övladınıza ad qoyarkən düşündünüzmü?

Övladınıza ad qoyarkən düşündünüzmü?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ad hər bir insanın cəmiyyətdə fərd olaraq seçilməsini təmin edən bir vasitədir. 

İnsanlar adlara görə biri-birindən fərqlənirlər.Kimisi adına görə fəxr edir, kimisi də bundan xəcalət çəkir. Ən böyük məsuliyyət isə valideynlərin üzərinə düşür. Çünki bu məsələdə valideynlər övladlarını düşünməyərək ağıllarına gələn adları qoyurlar.

Elə adlar var ki, onların xüsusi qoyulma səbəbi var, eləsi də olur ki, sadəcə istəkdən qoyulur. Ölkədə yetəri qədər maraqlı adlara rast gəlirik.

Meyvədən tutmuş, “Rəzil”, “Kündə”, “Şikayət”, “Türmə”, hətta rayon adları da qoyanlar var.

Görəsən, belə adları qoymaqda məqsəd nədir? Uşaqlara qoyulan bu adlar onların həyatında nə dərəcə rol oynayır?

Sosioloq Lalə Mehralı “Cebheinfo.az”-a mövzu ilə bağlı açıqlamasında bildirib ki,  bu cür adların qadağan edilməsi vacib məsələdir:

“Uşaqlara qoyulan adların mənasına, tələffüzünə və yayılmasına kimi amillərə diqqət yetirmək vacibdir. Əgər qanunvericilikdə sözügedən adların qoyulması ilə bağlı qadağa tətbiq olunmasaydı, ölkədə bu sahədə vəziyyət  acınacaqlı olardı. Təsəvvür etmək o qədər çətindir ki, bir uşağa necə “Türmə”, “Rəzil” adları vermək olar.

Hətta bəzən uşağına “Nankör” adı vermək istəyən valideynlər də olur, bu adın mənasını bilməmək isə mümkün deyil. Biri var cahillikdən qoyasan, biri də var rəzil, nankör sözünün mənasını bilib uşağa bu adı qoyasan, bu olduqca qəribə haldır”.

Onun sözlərinə görə, adlarla bağlı qadağalar uşaqların gələcəyini qorumağa kömək edir:

“Bu səbəbdən Azərbaycan üçün adlarla bağlı qadağa siyahısı olduqca lazımlı idi və bunu vaxtında tətbiq edilməsi çox uşağın taleyində ciddi rol oynayıb”.

Sosioloq qeyd edib ki, 18 yaşına qədər belə uşaqlar öz adını sərbəst dəyişə bilmək imkanına malik olmur, həmçinin bu adı qoyan valideynlər də uşaq tələb etsə belə, o adı dəyişməyəcək:

“Adlarla bağlı qadağa mexanizmi lazım idi və bu mexanizm işləyəndən bəri açıqlanan adlar arasında o qədər absurd adlar var ki, hələ icazə versəydilər valideynlər uşaqlara belə biabırçı adları qoymağa davam edərdilər”.

Gülər
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Avqust 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri