Ronaldinyo illər sonra peşəkar futbola qayıtmasının səbəbini açıqladı
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo peşəkar futbolçu karyerasını başa vurduqdan illər sonra yenidən yaşıl meydanlara qayıtmaq qərarının səbəbini açıqlayıb.
Moderator.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Ronaldinyo futbola qayıdışını "Ravenna" klubunun prezidenti İqnatsio Çipriani ilə dostluğu və gələcək planları ilə əlaqələndirib.
"Bütün bunlar "Ravenna" klubunun prezidenti İqnatsio Çipriani ilə dostluğum və gələcəklə bağlı planlarımızla əlaqədardır. Həyatımda xüsusi və təkrarsız bir an yaşamaq istəyirəm. Ümid edirəm ki, bu gün digər futbolçular üçün də xüsusi olacaq.
Karyeramı başa vurduqdan sonra geriyə baxdım və istədiyim hər şeyi qazandığımı anladım. İndi yenidən futbol oynamaq imkanım yaranıb və bundan zövq alıram. Bundan əlavə, azarkeşlərə gözəl bir gün yaşatmaq istəyirəm. Bu yeni macəraya böyük məmnuniyyətlə başlayıram", - deyə o bildirib.
46 yaşlı braziliyalı futbolçunun "Ravenna"nın heyətində debütünü İtaliya C Seriyasında "Forli" ilə matçda edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Noyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















