Icma.az
close
up
RU
Övladlarımızı prenses kimi böyüdək, yoxsa vurub tutan?

Övladlarımızı prenses kimi böyüdək, yoxsa vurub tutan?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kubra Məhərrəmova yazır...

İki gün əvvəl Gəncədə iki yeniyetmə arasında 10 manat borcun üstündə mübahisə baş verib və biri digərini soyuq silahla qətlə yetirib. Deyilənə görə dost olublar və ölən şəxsin 15 yaşı olub.

Kişi kimi gediblər söhbətə, mübahisə düşüb, axırı da belə.

Üç gün əvvəl isə Bakı şəhərində oğlum və onun dostuna xarici dildə danışdıqları üçün tanımadığı adam hücum çəkib, nalayiq ifadələrdə uşaqları təhqir edib. Nə yaxşı ki, uşaqlar hisslərə qapılmayıb və zorakılığa cavab verməyiblər. Polisə müraciət etdik, ərizə yazdıq.

İki günə adamı tapıb bölməyə gətirdilər. Operativ və çevik reaksiya vətəndaşda, ələlxüsus yeniyetmələrdə təhlükəsizlik hissini aşılamaqla yanaşı, baş verən hadisələrə məhz qanunla reaksiya verməyi öyrədir. Bu dövlətin verdiyi tərbiyədir, əxlaqdır.

Hadisə ilə bağlı sosial şəbəkə hesabımda paylaşım edəndən sonra fərqli reaksiyalar aldım. Yazırlar ki, uşaqlar əslində hücum edən şəxslərə elə onun kimi zorakılıqla cavab verməli, o adamı döyməli, söyməli, lazım gələrsə, qanına qəltan etməli idilər. Çünki oğlan uşağı polisə və anasına şikayət etməz.

Bu fikri bir nəfər desəydi, düşünərdim ki, əqli geriliyi var. Amma bu kimi fikirlər kütləvi şəkil aldıqca bunun çox təhlükəli siqnal olduğuna vardım.

Qayıdıram Gəncədə baş verən qətl hadisəsinə. 15 yaşlı yeniyetmənin cibində niyə bıçaq olmalıdır və o bıçaq adət-ənənəsini ona kim öyrədib?

Əlbəttə ki, mühit, ətrafı.

Əfsus ki həmin hadisənin iştirakçılarından biri artıq həyatda yoxdur. Çünki siz demiş, onlar kişi kimi "söhbətə gediblər" və ən əsası odur ki, "prenses" olmayıblar. Hə, nə olsun ki, biri ölüb, o biri isə həbsə gedəcək!

Cəmiyyət zorakılığa qarşı çıxmaq əvəzinə, gəncləri zorakılığa meyilləndirir, onları kriminal avtoritet olmağa təşviq edir. "Adam kişi olar, bas döy", "polisə şikayət edən kişi deyil" və bənzər ifadələr son dövrlərdə daha çox səslənməyə başlayıb. Təəssüf ki, bu şüarlar əsasən yaşlı nəsil "əmi-dayı"lar tərəfindən irəli sürülür. Maraqlıdır, həmin "əmi-dayılar" özləri belə bir vəziyyətdə necə reaksiya verərdilər?

Siz deyən kimi olsa necə olacaqdı? Uşaqlar onlara hücum edən adamı tutub döydülər, o da bunların üstünə bıçaq çıxartdı. Görəsən, monitor arxasında, ya da çayxanada "ağıl verən" əmilər gəlib kömək edəcəklərmi uşaqlara? Təbii ki, yox.

Düşünürəm ki, bu kimi kriminal yanaşmanı təşviq edən şəxslər qanun qarşısında cavab verməli, gənclərə qarşı apardıqları yanlış mülahizələrə görə məsuliyyətə cəlb olunmalıdırlar.

Öz növbəmdə bir daha gənclərə və valideynlərə səslənirəm, bu dövlətin qanunu var, hüquq-mühafizə orqanları var. Bizim ədalət anlayışımız fərqli ola bilər. Kimsə bunu bir şillə ilə, kimsə burnundan qan gələnə kimi döyməklə, bıçaqlamaqla anlaya bilər.

Bəlkə kimsə öz övladını kriminal avtoritet kimi görür, mən görmürəm. Mən dövlətin qanunlarına riayət edən vətəndaş böyüdür və ona qanunun məsuliyyətini anlamağa, dərk etməyə çağırıram. Həmçinin, ağlı başında olan hər kəsi.

Sutkanın istənilən saatında küçəyə çıxıb ailəmiz və dostlarımızla rahatlıqla gəzib əylənə biliriksə, bu, dövlətin yaratdığı təhlükəsizlik mühitinin nəticəsidir. Bəs bu zaman niyə biz özümüzdən kriminal avtoritet çıxarıb kimisə döyməli, öldürməliyik?

Bizim əxlaqımız, sosial mühitimiz, təlim-tərbiyə üsullarımız gənclərin gələcəyini müəyyən edir. Əgər biz normal cəmiyyət istəyiriksə, bunun üçün addımlar atmalıyıq. Yox, əgər Cənubi Amerika ölkələri kimi yaşamaq istəyiriksə, o zaman bıçaqdan keçib, hərəmiz bir maçete gəzdirək üstümüzdə.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Avqust 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri