Icma.az
close
up
RU
Boşanmaların səbəbi evlilikdir! Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! Övladlarını bədbəxt edən valideynlər

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün BMT-nin qadın zorakılığı ilə beynəlxalq mübarizə günüdür.

Kulis.az bu münasibətlə Fəridənin "Boşanmaların səbəbi evlilikdir" köşəsini təqdim edir.
Bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb.

Bu, rəsmi rəqəmdir. Statistika Komitəsinin yaydığı məlumatdır. Xəbəri ötən həftə vermişik.

Rəqəmlərə baxanda adam dəhşətə gəlir, hə? Demək olar ki, boşanmaların sayı nikahların yarısı qədərdir. Yəni, evlənən hər iki adamdan biri boşanıb.

Hələ nəzərə alsaq ki, bu rəsmi rəqəmlərdir, nikahsız evlənib boşananlar haqqında məlumat yoxdur, onda lap adamın nitqi batır.

Bəs boşanmaların səbəbi nədir?

Boşanma nəticədirsə, səbəb evlənməkdir – bu qədər bəsit bir cavab var.

İnsan evlənməsə, boşanmaz, elədir? Məntiqli deyil?

Əgər bu gün cəmiyyəti boşanma sayının çoxluğu narahat edirsə, problem məhz evlənməkdə axtarılmalıdır.

Hə, toy, çıkkıdı-nanay. Səbəb budur. Bizdə evlilik yoxdur, bizdəkilər hamısı evlənməkdi.

Bizdə camaatı ancaq toyaqədərki proses və toy maraqlandırır. Toy olur, yeyib-içib şənlənir, pul salıb, pul götürüb hesabı bağlayırlar, vəssalam.

Toydan sonra bizə bircə bakirəlik, zifaf gecəsi maraqlı ola bilər ki, onu da yüngülvarı arvad məclisi ilə həll edib, sonra da yeni evliləri atırıq bir-birinin ümidinə ki, “di, davay, yeyin biri-birinizi”.

Toya qədər küsə-barışa, yaxşı-yaman gəlib çatmış cütlük bir evin altında bir-birini tanımaq prosesinə başlayır və məlum olur ki, “vay, aman, bu, mən deyən deyilmiş”.

Evlilik, ailə həyatı haqqında təsəvvürləri evdəki “deyingən ana, aqressiv ata” fiquru və türk seriallarından ibarət olan qızlarla, anaları tərəfindən “paşam nə eylərsə, gözəl eylər” prinsipiylə böyüdülmüş oğlanlar həyatın reallıqları qarşısında aciz qalırlar.
İndi gözlərinizi yumun, qulaqlarınızı bərk-bərk tutun, sizə dəhşətli bir həqiqət deyəcəm: bu gün gənclərə, cütlüklərə evlənməmişdən əvvəl ikicə ay birlikdə yaşamaq imkanı verilsə, əmin olun ki, bu cütlüklərin doxsan faizdən çoxu birlikdə yaşamağa başlayandan, bir-birinin məişətdəki, həyatdakı əsl üzünü görəndən, bir-birinin (və özlərinin) bədənini tanıyandan, evlilik həyatının, əslində, nə qədər bəsit, həm də çətin olduğunu dərk edəndən sonra fikirlərini dəyişərlər.

Aboouuuuu. Xalalar “nerviləndi”, dayılar söyüş üçün əlavə mənbə axtarışına çıxdılar indi.

Nə danışıram mən? Birlikdə yaşamaq nədir?

“Namısdı aylə həyatı” nəzəriyyələriniz özünü doğrultmur axı, ay xalalar, ay dayılar, nə edək, nətər eləyək?

Bu gün orta statistik bir ailənin övladı gəlib desə ki, “mənə beş min manat pul tapın, xaricə oxumağa gedirəm”, evdə qırğın düşər. Pul nə gəzir? Hara gedirsən?

Amma evlilik yaşı çatıbsa, ikicə günə o pul gəzə-gəzə gəlir çıxır hardansa.

Facebookda hər gün bu mövzuda, ən azı, bir status görmək olar: qız xaricə oxumağa getmək istəyir, ailəsi razı deyil. Xüsusən də, ana.

Birdən gedər, qayıtmaz. Gözdən uzaq, yad yer. Qız uşağı. Ondansa ərə verək, gözümüzün qabağında olsun.

Bizim ailələrimiz bizə onlardan uzaqdakı xoşbəxtliyi bağışlaya bilmirlər. Amma gözlərinin önündə bədbəxt olmağımıza qol qaldırıb oynaya-oynaya, düşmən bağrı çatlada-çatlada razılaşırlar.

Keçmiş dövrdə su yolunda, çörək yolunda tanrılara insan qurban vermək adəti də, əminəm ki, məhz qadınların “başının altından çıxıb”.

“Yağış yağmır? Hmmm. Nağayraq? Aparaq Züleyxanı bulud tanrısına qurban verək, yağış yağdırsın”, - vallah, hansısa kişi min il düşünsə, ağlına belə “qurdlu” fikir gəlməzee.

Bu danılmaz faktdır ki, bizdə bu gün bütün bu evləndirmə-boşandırma işlərinə xalalar baxır. Kişilər, sadəcə, alətdir. Hər işi nizamlayan, tənzimləyən, düzüb-qoşan arvadlardır. (Qəsdən “qadın” yox, “arvad” yazıram).

Qadınlı-kişili biz də bunların qurbanları oluruq. Oğlanın “başını bişirib”, qızın da “başını bəzəyib” evləndirirlər. Sonrası nə olar, olar.

Bəs sonra?

Heç nə. Ailə-məişət zorakılığı, davalar, problemlər, boşanmalar, travmalı, autizmli uşaqlar, qadın qətlləri, “türmə, qazamat, ay brat-ay brat”...

Xəbərə baxıram. Statistika Komitəsinin verdiyi bu məlumat yuvarlaq, yumru rəqəm kimi monitorun ortasında dayanıb. Amma mən orda 15964 qızla, eyni sayda oğlanın faciəsini görürəm.
Üstəlik, sayını bilmədiyimiz körpələr, uşaqlar da var hələ.

Sayını bilmədiyimiz talelər. Gələcəyimiz.

Yarımçıq, gözüyaşlı, bir qarnı ac-bir qarnı tox, sevgisiz, travmalı gələcək...

Türkan Şoraya Kino Fəxri Mükafatı verildi “Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət StartUp Akademiya: TikTok startaplar üçün təhsil proqramına qeydiyyatı açdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri