Icma.az
close
up
RU
Ovulyasiyanın vaxtını necə müəyyən etmək olar?

Ovulyasiyanın vaxtını necə müəyyən etmək olar?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ovulyasiya vaxtının (anının) dəqiq müəyyən edilməsi bəzi sonsuzluq növlərinin müalicəsi üçün çox vacib hesab edilir.

Ovulyasiya anının müəyyən edilməsinin bir neçə üsulu vardır:

Əksər qadınlar öz subyektiv hissiyyatları ilə ovulyasiyanın baş verməsi anını müəyyən edə bilirlər. Belə ki, ovulyasiya anında qarının aşağı hissəsində və ya beldə ağrı baş verir. Bu zaman qadının halı yaxşılaşır və onda kəskin seksual tələbat yaranır. Ovulyasiya zamanı qadın cinsiyyət üzvlərindən (uşaqlıq yolundan) selik ifazatın artması da qeyd edilir. Bu uşaqlığın boyunun (servikal kanalın) ifrazatı olub servikal selik adlanır. Ovulyasiya vaxtı spermatozoidlərin uşaqlıq boşluğuna tərəf hərəkətini asanlaşdırmaq üçün bu selik başqa günlərdən fərqli olaraq daha az yapışqan olur (çiy halda olan yumurta zülalına bənzəyir). Ovulyasiyadan sonra və hamiləlik dövründə isə servikal selik daha qatı və daha çox yapışqan olur ki, bu da müxtəlif mikroblar, infeksiyalar və digər xəstəlik törədicilərinin qadın orqanizminə daxil olmasının qarşısını alır.

Servikal seliyin başqa bir vacib xüsusiyyəti də var ki, bu və ya digər zəifliklərə malik olan spermatozoidlər onun təsiri nəticəsində məhv olurlar. Daha güclü spermatozoidlər isə onun zərərli təsirlərinə üstün gələrək uşaqlığa daxil ola bilirlər. Bu isə daha sağlam uşağın yarana bilməsi ehtimalını artırmış olur.

Təqvim üsulu. Ovulyasiya praktiki olaraq aybaşı tsiklinin ortasında baş verdiyi üçün ilk növbədə bu tsiklin davam etməsi müddətini təyin etmək lazımdır. Bu, bir menstruasiya tsiklinin əvvəlindən digər tsiklin başlanmasına qədər olan bir müddətdir. Məsələn, aybaşının başlanması bir dəfə 21 oktyabra, növbəti aybaşının başlanması isə 21 noyabra təsadüf edərsə, demək, menstrual tsikl 30 gün təşkil edir. Bu halda ovulyasiya 5 noyabr tarixində baş vermiş olacaq. Menstruasiya tsiklinin müddətini daha dəqiq təyin etmək üçün son üç və ya daha yaxşı olar ki, son altı tsiklin davam etmə müddətini qeyd etmək məsləhət görülür.

Bu halda menstrual tsiklin müddətini daha dəqiq təyin etmək olar.

Bazal temperaturun (düz bağırsaqda temperatur) ölçülməsi üsulu. Bu məqsədlə qadın düz bağırsaqda olan temperaturu səhərlər - yataqdan qalxmamaqla adi termometrdən istifadə etməklə (5 dəqiqə ərzində) ölçməli və göstəricini qeyd etməlidir. Əgər temperaturun ölçülməsindən əvvəl normal axşam yuxusu olmazsa, alınan nəticə dəqiq sayıla bilməz. Normal aybaşı tsiklində ovulyasiyaya qədər düz bağırsaqda olan temperatur 37 C-dən aşağı olur. Ovulyasiyadan bilavasitə əvvəl hərarət daha 1 neçə 0,1 dərəcə aşağı düşür. Ovulyasiyadan dərhal sonra düz bağırsaqda olan hərarət birdən-birə kəskin şəkildə 0.6 -0.9 C qalxır.

Qeyd etmək lazımdır ki, sadalanan bu üsullarla yalnız təxmini nəticələr əldə etmək olur.

Ovulyasiya anının müəyyən edilməsinin daha bir neçə üsulu vardır:

Follikulun böyüməsi və inkişafına, onun deşilməsi (ovulyasiyanın özü) prosesinə - follikulometriya prosesinə - ultrasəs aparatının köməkliyi ilə nəzarət etmək olur.

Menstruasiya tsiklinin 10-cu günündən başlayaraq yumurta hüceyrəsi yumurtalıqdan çıxan günədək hər gün USM aparmaqla, ovulyasiya gününü dəqiq təyin etmək olar. USM zamanı içərisində yetişmiş yumurta hüceyrəsi olan follikul itir və onun yerində sarı cisim əmələ gəlir ki, onu da USM-də aydın görmək olur.

Sidikdə LH - lyüteyinləşdirici hormonun təyin edilməsi. Bu üsul çox sadə olduğu üçün ev şəraitində də tətbiq edilə bilər. Bu məqsədlə ovulyasiyanın müəyyən edilməsi üçün xüsusi testlərdən (onları hamiləliyin təyin edilməsi testləri ilə qarışdırmayın) istifadə olunur. Ovulyasiya testlərini onun təxmin olunan vaxtından 5-6 gün əvvəl, qeyd olunan qaydalara uyğun olaraq, gündə iki dəfə olmaqla aparmağa başlayırlar.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 04:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri