Icma.az
close
up
RU
“Oxu yaz” deyil, “yarat və öyrən” yanaşması vacibdir Sona Əliyeva

“Oxu yaz” deyil, “yarat və öyrən” yanaşması vacibdir Sona Əliyeva

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür, lakin bu prosesin necə təşkil olunması əsas məsələdir. Bu barədə “INMerge” sammitində danışan elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sadəcə sahibkarlıq və innovasiya proqramlarının sayını artırmaq uğurlu nəticə vermir; vacib olan cəmiyyətin və yeni nəsillərin yetişdirilməsi, onların innovasiya və sahibkarlıq mədəniyyətinə sahib olmasıdır.

Məktəblərdə sahibkarlığın effektiv öyrədilməsi üçün hansı metodlar və yanaşmalar tətbiq edilə bilər?

Redaktor.az-a açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür, lakin bu prosesin necə təşkil olunması əsas məsələdir.

"Elm və təhsil naziri Emin Əmrullayevin “sadəcə sahibkarlıq və innovasiya proqramlarının sayını artırmaq kifayət etmir, vacib olan cəmiyyətin və yeni nəsillərin innovasiya və sahibkarlıq mədəniyyətinə sahib olmasıdır” fikri ilə tamamilə razıyam. Sahibkarlıq təhsili yalnız biznes qurmaq vərdişləri deyil, həm də yaradıcı düşüncə, təşəbbüskarlıq, məsuliyyət və problem həll etmə bacarıqları formalaşdırmalıdır. Bu istiqamətdə bir sıra effektiv metodların tətbiqi mümkündür. Məsələn, layihə əsaslı dərslər keçirilməlidir-şagirdlərə real problemlərin həlli üzərində işləmək, mini biznes ideyaları hazırlayıb həyata keçirmək imkanı verilməlidir".

Müsahibimiz əlavə etdi ki, mentorluq sistemi qurularaq yerli sahibkarların və mütəxəssislərin məktəblərə dəvət olunması, şagirdlərin ideyalarını dinləyib istiqamətləndirməsi vacib addımlardan biri ola bilər.

"Rəqəmsal resursların yaradılması: elektron platforma yaradılaraq şagirdlərə biznes plan nümunələri, interaktiv oyunlar və onlayn mentor dəstəyi təqdim oluna bilər. Müsabiqələr və startap marafonlarının keçirilməsi, təcrübə laboratoriyalarının qurulması kimi təşəbbüslər də həyata keçirilə bilər. 
Xarici təcrübələr də göstərir ki, düzgün yanaşma ilə məktəblərdə sahibkarlığın öyrədilməsi uğurlu nəticə verir. Məsələn, İsveçdə 1980-ci illərdən məktəblərdə sahibkarlıq təhsili yaradıcı düşüncənin inkişafı ilə bağlıdır. Hindistanda “Atal Innovation Mission” çərçivəsində məktəblərdə innovasiya laboratoriyaları qurulub. "School Enterprise Challenge" 90-dan çox ölkədə məktəblilərin rəhbərlik etdiyi kiçik biznesləri dəstəkləyir. NFTE (Network for Teaching Entrepreneurship) isə gənclərə biznes planlaşdırma və innovasiya bacarıqları öyrədir.Ölkəmizdə də  bu istiqamətdə pilot məktəblərdə layihələrin başlanması, müəllimlər üçün xüsusi təlimlərin keçirilməsi, şagird ideyalarının qrantlarla dəstəklənməsi və dövlət-özəl sektor əməkdaşlığı ilə milli platforma yaradılması mümkün ola bilər. Sahibkarlıq yalnız fənn kimi deyil, həyat bacarığı kimi məktəblərdə tədris olunmalı, sahibkarlıq isə “oxu-yaz” biliklərindən çox, yaradaraq öyrənmə (learning by doing) prinsipinə əsaslanmalıdır. Əks halda bu ideya da formal tətbiqdən başqa bir nəticə verməyəcək", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri