“Oyunboyu biz üstün idik” Makedoniyanın U 21 lərin oyununa yanaşması
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkəmizin U-21 yığmasının Antalyanın Bələk bölgəsində keçirdiyi ikinci yoxlama oyununda Şimali Makedoniyadan olan həmyaşıdları ilə heç-heçə etdiyini xəbər vermişdik.
Şimali Makedoniya gəncləri martın 21-də Belarusun U-21 yığmasına 1:3 uduzmuşdu. “Football-plus.az” Şimali Makedoniya Futbol Federasiyasının saytında yer alan yığmamızla oyunla bağlı hesabatı təqdim edir: “Qoran Staniçin yetirmələri qələbə qazanmadağına görə heyifsilənir, hədsiz çox imkanın qaçırıldığını nəzərə alsaq. Makedoniya oyunboyu üstün idi, rəqib Vasilyevin qapısı önündə bir dəfə də ciddi təhlükə yaratmadı.
Meliki ilk yarıda Azərbaycanın qapısı önündə iki imkan yaxaladı. Elə o, 30-cu dəqiqədə rəqib qapısına da yol tapdı, ancaq hücum zamanı kobudluq olduğundan hakim qolu qeydə almadı. 34-cü dəqiqədə yaxşı mövqeyə çıxan Kire Stoyanovun da zərbəsi dəqiq olmadı. 36-cı dəqiqədə Makedoniya daha bir qol vurdu, sadəcə, bu dəfə ofsayddan. Dmitri Traykov bu üzdən sevinə bilmədi.
Oyunun davamında da gənc futbolçularımız hücumları və təzyiqi davam etdirdilər. 2-ci hissədə Kire Stoyanovla Adrian Zendelovskinin hesabı açmaq üçün yaxşı imkanları oldu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Mart 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















