Icma.az
close
up
RU
Oyuncaq kolleksiyası olan, sehrbazlıq edən, interneti vaxt itkisi sayan məşhur yazıçı

Oyuncaq kolleksiyası olan, sehrbazlıq edən, interneti vaxt itkisi sayan məşhur yazıçı

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

22 avqust tanınmış amerikalı yazıçı Rey Bredberinin doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Rey Bredberi 1920-ci ildə ABŞ-ın İllinoys ştatının Vokiqan şəhərində anadan olub.

Uşaqlıq illərində başına gələn bir hadisə onun bütün həyatını dəyişib.

Bir karnaval zamanı sehrbaz Bay Elektriko sehrli çubuğunu onun burnuna toxundurub və “Əbədi yaşa!” deyib.

Bu sözlər gənc Bredberiyə dərin təsir göstərib, o gündən etibarən hər gün yazmağa başlayıb və bir daha bu vərdişindən əl çəkməyib.

Yazını yalnız bir məşğuliyyət deyil, bir ömürlük yol olaraq seçib.

14 yaşında ailəsi ilə birlikdə Los-Ancelesə köçüb. Kino dünyasına olan böyük marağı onu tez-tez şəhər küçələrində ulduzlarla rastlaşmaq ümidi ilə gəzdirməyə vadar edib.

Gənc yaşlarında yazdığı bir yumoristik əsər bir radio proqramçısının diqqətini cəlb edib və bu, onun yazıçılıqdan ilk dəfə pul qazanmasına səbəb olub.

1938-ci ildə “Hollerbochenin dilemması” adlı ilk çap olunmuş hekayəsini nəşr etdirib.

Bir il sonra isə “Futuria Fantasia” adlı fantastik jurnal yaradıb, lakin jurnal yalnız dörd say davam gətirib.

İkinci Dünya Müharibəsi başlayanda gözlərindəki zəiflik səbəbindən orduya alınmayıb və yazmağa davam edib.

Bir kitab mağazasında baş verən anlaşılmazlıq nəticəsində Marqerit Maklyur adlı bir qadınla tanış olub, o isə gələcəkdə həyat yoldaşı olub.
1947-ci ildə evləniblər və ömürlərinin sonuna qədər bir yerdə yaşayıblar.

Rey Bredberi yazıçı kimi müxtəlif ədəbi janrlarda qələmini sınayıb.

Fantastika, elmi fantastika, qorxu və sirr mövzularında yüzlərlə əsər yazıb. Onun ən məşhur əsəri olan “Farenheyt 451” 1953-cü ildə nəşr olunub və dünya ədəbiyyatında əlamətdar yer tutub.

Bu romanda gələcəkdə kitabların yandırıldığı bir totalitar cəmiyyət təsvir olunub və azad düşüncənin əhəmiyyəti qabardılıb.

Bredberi özü bu əsərindən başqa heç bir romanını elmi fantastika hesab etməyib.

O, “Mars salnamələri” və “İllüstrasiyalı adam” kimi əsərlərini fantastika kimi dəyərləndirib, çünki ona görə yalnız “Farenheyt 451” elmi baxımdan mümkün bir gələcək ssenarini əhatə edib.

Texnologiyaya qarşı münasibəti isə olduqca sərt olub. Rey Bredberi heç vaxt kompüterdən istifadə etməyib, yazılarını köhnə çap makinasında (daktilo) yazıb. İnterneti vaxt itkisi və köhnə dəb adlandırıb.

Sürücülük vəsiqəsi də almayıb, bunun səbəbi texnologiyaya qarşı olması yox, zəif görməsi və keçmişdə şahidi olduğu avtomobil qəzasından psixoloji travma alması olub. Bütün həyatı boyu velosiped sürüb və ictimai nəqliyyatdan istifadə edib.

O, təkcə yazıçı kimi deyil, həm də rəssam, sehrbaz və kolleksiyaçı kimi tanınıb.

“Cadugərlər bayramı ağacı” adlı kitabın ideyası əvvəlcə çəkdiyi bir rəsmdən doğub. Eyni zamanda uydurduğu sehrbazlıq nömrələrini torunlarına nümayiş etdirərək bu hobbisini ömür boyu yaşadıb.

Bredberinin geniş oyuncaq kolleksiyası da olub; bu kolleksiyaya müxtəlif fiqurlar, robotlar və hətta Alfred Hiçkok tərəfindən ona hədiyyə olunmuş bir şüşə içində saxta insan başı da daxil olub.

Ssenari yazarlığı sahəsində də uğur qazanıb. “Alfred Hiçkok təqdim edir” və “Alfred Hiçkok saatı” adlı məşhur televiziya verilişləri üçün ssenarilər yazıb. 1956-cı ildə ekranlaşdırılan “Mobi Dik” filminin də ssenarisi ona məxsus olub. Kino sənətinə olan marağı ömrü boyu davam edib. Ən sevdiyi filmlər arasında “Vətəndaş Keyn”, “Kral Konq”, “Yağış altında mahnı” və “Üçüncü növ yaxınlaşmalar” yer alıb.

Yazıçılıq fəaliyyəti boyu daim kitab oxumağı vərdiş halına çevirib. Sevdiyi yazarlar arasında Robert Frost, Uilyam Şekspir, Con Staynbeck, Oldos Haksli və Tomas Vulf yer alıb.

Yazı karyerasının əvvəlində Edqar Allan Po, Herbert Uells və Jül Vern kimi müəlliflərdən ilham alıb, onların yazı tərzini mənimsəyib. O, daim kitabxanalarda vaxt keçirib və yazıçılıq yolunun əsas dayağının oxumaq olduğunu qeyd edib.

Rey Bredberi 400-dən çox hekayə, çoxlu roman, esse, teatr əsəri və ssenari yazıb.

Ömrünün son illərində sağlamlıq problemləri ilə üzləşib, 1999-cu ildən etibarən hərəkət etmək üçün təkərli kreslodan istifadə etməyə başlayıb.

Buna baxmayaraq, təxminən on il müddətində tədbirlərə qatılmağa davam edib. 5 iyun 2012-ci ildə vəfat edib. Məzar daşında adı ilə yanaşı “Farenheyt 451"in müəllifi” sözləri yazılıb.

Onun həyatı yalnız yazıçılıqla deyil, həm də ruhən uşaq qalan, daim yaradan və ilham verən bir insanın həyat hekayəsi kimi yadda qalıb.
Rey Bredberi sübut edib ki, yazıya həsr olunmuş bir ömür həm mümkündür, həm də dəyərlidir.

"Çalışqanlıq mifinə aldanan işçi sinfi..." - Qreqor Samsanın böcəyə çevrilməsi nəyi simvollaşdırır? "O, qadını “toxunulmaz bir gözəllik” kimi görür..." - "Kor bayquş" bizi nəyə məcbur edir? Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Avqust 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri