Məşhur oyuncaq şirkəti valideynlərdən üzr istədi SƏBƏB
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur oyuncaq istehsalçısı “Mattel” şirkəti “Wicked” filminin personajlarından təsirlənərək istehsal etdiyi oyuncaq qutularının arxasında filmin veb saytının linki əvəzinə səhvən böyüklər üçün film saytının linkini çap edib.
"Cebheinfo.az" xəbər verir ki, qutunun arxasında yazılmış sayta daxil olan valideynlər və uşaqlar gözlərinə inanmayıblar.
Narazı valideynlər qutuların arxasına yazılan linki sosial mediada paylaşaraq Matteldən izahat gözlədiklərini bildiriblər.
Adlardakı oxşarlığa görə saytla filmin səhifəsinin qarışdığını deyən “Mattel” qalmaqaldan sonra bazar günü rəsmi şəkildə üzr istəyib.
Açıqlamada “Mattel” səhvə görə dərindən təəssüfləndiyini və onu düzəltmək üçün dərhal tədbirlər gördüyünü bildirib.
Həmçinin, valideynlərə səhv çap edilmiş qutulardakı vebsaytın uşaqlar üçün uyğun olmadığını, yanlış çap edilmiş qablaşdırması olan istehlakçılara məhsulun qutusunu atmağı və ya linki gizlətməyi tövsiyə edib.
Qeyd edək ki, səhv çap ABŞ-nin bir çox mağazalarında və “Amazon”-da satılan oyuncaqların qablaşdırılmasına təsir göstərib. Amazon məhsulun satışını dayandırıb.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 11 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















