Oyunda uduzanları avtoyumada çimdirdilər “Şəxsiyyət və ləyaqətin alçaldılmasıdır“
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.
"TikTok"da canlı yayıma çıxan bir qrup şəxs mərcə girərək oyun oynayıblar. Uduzan şəxs isə cəza olaraq avtoyuma məntəqəsində yüksəktəzyiqli su ilə çimizdirilib.
Baku TV-nin məsələ ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar da belə davranışları qınayıblar.
"İntellekti olan adam belə şeyləri dəstəkləməz. İnsan insana zülm verməməlidir. Ümumiyyətlə, bu, ibtidai inanın etdiyi vəhşi hərəkətlərdir", - sakinlərdən biri deyib.
Ekspertlər isə bildirirlər ki, bu kimi ağır cəzalı oyunlar insanın şəxsiyyət və ləyaqətinin alçaldılmasıdır.
Daha ətraflı Baku Tv-nin videomaterialında:
Baxış sayı:76
Bu xəbər 04 Noyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















