Icma.az
close
up
RU
“Oyunlar biraz gərginləşən kimi hakimlərin qüsurları üzə çıxır”

“Oyunlar biraz gərginləşən kimi hakimlərin qüsurları üzə çıxır”

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasında ilk 3 tur geridə qalsa da, hakimlik mövzusu artıq müzakirələrin mərkəzindədir. Klublar, məşqçilər və azarkeşlər hakimlərin qərarlarından narazıdırlar və bunu istər mətbuat konfranslarında istərsə də, informasiya resurslarında səsləndirməkdən çəkinmirlər.

Ötən gün “Neftçi TV” təmsil etdiyi klubun “Turan Tovuz”la keçirdiyi oyunda 2 mübahisəli epizodu (Ribeyronun aldığı qırmızı vərəqə və verilməyən penalti qərarı) türk hakimi Deniz Ateş Bitnelin şərhiylə yayımladı ki, bu da futbol ictimaiyyətində birmənalı qarşılanmadı – bəzi hakimlər türk referisini haqlı hesab etdilər, bəziləri isə qərarların düzgün olduğunu. Amma əsas sual cavabsız qaldı – Azərbaycan hakimləri Premyer Liqanın yeni mövsümünə nə dərəcədə hazırdılar?

Mövzuyla bağlı “Futbolpress.az”a açıqlama verən veteran hakim Xəqani Məmmədov ilk növbədə mübahisəli epizodları şərh etdi:

“Sırf “Neftçi”nin matçı barədə deyə bilərəm ki, həm qırmızı vərəqə, həm də verilməyən penalti qərarları düzgün verilib. Epizodlara diqqətlə baxsanız, Ribeyronun hərəkəti rəqibi yüngülcə itələməyi yox, aqressiv zərbəni xatırladır. “Neftçi”nin penalti gözlədiyi vəziyyətdə isə top birinci “Turan Tovuz” müdafiəçisinin ayağına dəyir, sonra isə “Neftçi”hücumçusu ona toxunur.

Bir problem də ondadır ki, bu prosesə türk hakiminin Hakimlər Komitəsindən qabaq rəy verməsidir. Niyə susurlar? Kimin nə rəy verməsindən asılı olmayaraq, qərarların doğruluğunu futbol qaydaları müəyyənləşdirir. İzahımdan da gördüyünüz kimi, Əliyarın qərarları düzgündür”.

Amma veteran hakim onu da qeyd edib ki, ümumilikdə Azərbaycan hakimləri mövsümə yaxşı hazırlaşmayıblar:

“İlk 3 tura baxanda görürük ki, hakimlər mövsümə hazır deyillər. Ümumən mən bəzi hakimlərin beynəlxalq oyunlara təyinat almağı xaricində Azərbaycan hakimlərinin hansısa inkişafa nail olduqlarını da düşünmürəm. Baxın, hələ də bölgələrdən hakimimiz yoxdur. Bu, niyə inkişaf etdirilmir? Niyə bölgələrdə hakim yetişdirilmir?

İlk turlarda hakimlərin müzakirə olunmadığı bir-iki oyun var ki, orada da oyunların özləri o qədər də gərgin keçməyib. Amma oyunlar biraz gərginləşən kimi hakimlərin qüsurları üzə çıxır. Dərd orasındadır ki, bu qədər narazılığıq var, amma Hakimlər Komitəsi bu etirazlara, narazılıqlara rəy də bildirmir”.

Ekspert qeyd edib ki, həm komitə, həm də hakimlər milli fasilədən istifadə edib səhvlərini düzəltməlidirlər:

“Mövsüm hələ təzə başlayıb, ona görə də vaxtında müdaxilə edib nəyisə düzəltmək mümkündür. Gərək hakimlər milli fasilədən istifadə edib səhvlərinə baxsınlar, onlardan nəticə çıxarıb sezonun qalan hissələrində daha yaxşı fəaliyyət göstərsinlər.

Çox hakim ictimaiyyətin təzyiqindən danışır, amma nəzərə almırlar ki, 1990-cı illərdə yan hakimlərin arxasında silahlı OMON-çular dayanıb onlara göstəriş verirdilər. Bəs o təzyiqi hara yazaq?

Hazırda PFL hakimlər üçün hər şəraiti yaradıb, onlardan da asılı olan yeganə şey çıxıb oyunlarını idarə etməkdir. Başqa heç nə”.

Şahlar Ruhi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri