Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Maduronun həbsinin gizlinləri üzə çıxır

Maduronun həbsinin gizlinləri üzə çıxır

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Venesuelanın keçmiş keçmiş prezidenti Nikolas Maduro ilə bağlı hadisələr artıq sadəcə ABŞ-də davam edən məhkəmə prosesi çərçivəsində qalmır. Karakasdakı hakimiyyət dəyişikliyi, Vaşinqtonun Venesuelanın enerji sektoruna artan nəzarəti və Qərb şirkətlərinin ölkənin neft-qaz bazarına qayıtması Latın Amerikasında tamamilə yeni geosiyasi mənzərə formalaşdırır.

Yada salaq ki, Maduro bu ilin yanvarında ABŞ qüvvələrinin Venesuelada keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Birləşmiş Ştatlara aparılıb. Keçmiş prezident hazırda Nyu-Yorkda narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarla üz-üzədir. O və həyat yoldaşı Siliya Flores ittihamları qəbul etmirlər. ABŞ məhkəməsi Maduronun əsas prosesinin gələn il 1 iyunda başlamasına qərar verib. Müdafiə tərəfi isə keçmiş dövlət başçısının toxunulmazlığı məsələsini əsas gətirərək işin ləğvinə nail olmağa çalışacağını bildirib.

Maduro Nyu-Yorkdakı həbsxanada məhkəməsini gözlədiyi vaxt onun ölkəsində tamamilə başqa proses gedir. Venesuelada hakimiyyət dəyişib, ABŞ ilə münasibətlər yeni mərhələyə keçib və ölkənin nəhəng enerji ehtiyatları beynəlxalq şirkətlərin diqqət mərkəzinə qayıdıb. Bu mənzərədə xüsusilə diqqətçəkən məqam Venesuelanın enerji sektorunda baş verənlərdir. Son günlər BP, Birləşmiş Ərəb Əmirliklərinin XRG şirkəti və Qətərin "UCC Holding" şirkəti Venesuelanın dənizdə yerləşən Loran qaz yatağının ikinci mərhələsinin işlənməsi üçün lisenziya əldə edib. Layihənin ikinci mərhələsində təxminən 4 trilyon kubfut qaz hasil etmək imkanı nəzərdə tutulur. Bu, adi kommersiya razılaşması kimi görünə bilər. Lakin zamanlama kifayət qədər diqqətçəkəndir. Belə ki, Maduro hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Venesuelanın enerji sektoru xarici investorlara daha geniş açılır. BP-nin ölkəyə qayıtması ilə yanaşı, digər böyük enerji şirkətlərinin də Venesuela bazarına marağı artır. Beləliklə, illərlə ABŞ sanksiyalarının təzyiqi altında qalan Venesuela enerji sektoru indi yeni mərhələyə qədəm qoyur.

Venesuela dünyanın ən böyük neft ehtiyatlarından birinə malik ölkələrdəndir. Buna görə Maduro məsələsinə yalnız siyasi və hüquqi müstəvidə yanaşmaq kifayət deyil. Vaşinqton üçün Venesuelanın enerji resurslarının beynəlxalq bazara çıxarılması strateji əhəmiyyət daşıyır. Maduro hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ölkənin enerji sektorunda xarici şirkətlər üçün imkanların genişləndirilməsi də məhz bu kontekstdə diqqət çəkir. Üstəlik, hazırkı proses yalnız ABŞ şirkətləri ilə məhdudlaşmır. Körfəz ölkələrinin enerji şirkətlərinin də Venesuelaya daxil olması yeni iqtisadi və geosiyasi xəritənin formalaşdığını göstərir. Maduronun məhkəməsinin nəticəsi yalnız onun şəxsi taleyini müəyyənləşdirməyəcək. Bu proses ABŞ-nin başqa bir ölkənin liderinə qarşı hərbi əməliyyat keçirərək onu öz ərazisinə gətirməsi baxımından da mühüm hüquqi və siyasi presedent yarada bilər. Digər tərəfdən, Venesuelanın özündə də siyasi gələcəklə bağlı suallar açıq qalır. Ölkənin yeni hakimiyyətinin ABŞ-la münasibətləri hansı səviyyəyə çatdıracağı, seçkilərin nə zaman keçiriləcəyi və Vaşinqtonun Karakas üzərində təsirinin hansı həddə qədər davam edəcəyi hələ tam aydın deyil.

Maduro hadisəsinin ən maraqlı tərəflərindən biri də məhz budur ki, bir tərəfdə ABŞ həbsxanasında məhkəməsini gözləyən keçmiş prezident, digər tərəfdə isə xarici investisiyalara açılan və enerji sektorunu yenidən qurmağa çalışan Venesuela var...

Maduro ABŞ-də uzunmüddətli həbs cəzası ala bilərmi? Qərb şirkətlərinin Venesuelaya qayıdışı ölkənin iqtisadi dirçəlişinə səbəb olacaq, yoxsa enerji resursları üzərində yeni mübarizə başlayacaq?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a söyləyib ki, Maduronun həbsi Venesuelada hakimiyyət dəyişikliyindən daha böyük, mahiyyət etibarilə daha dərin geosiyasi məna daşıyan hadisədir:

“ABŞ Qərb yarımkürəsində Çin və Rusiyanın yaratdığı geosiyasi dayaqları sökməyə başlayıb. Bu iki ölkənin təsirinin azaldılması istiqamətində atılan ilk addımlardan biri və ən aydın nümunəsi - Çin kapitalının ölkədən çıxarılma nümunəsi Panama idi. Yaxud Ekvadorda Çin kapitalının çıxarılması baş verməsə də, ABŞ siyasi sistem və təhlükəsizlik arxitekturasında təsirini gücləndirir. Həmçinin Kolumbiya ilə hərbi-təhlükəsizlik əməkdaşlığı formalaşdırılır. Başqa sözlə, Venesuelada yaşananlar bu ümumi proses çərçivəsində dəyərləndirilə və “Yeni Monro doktrinası”nın icrası olaraq dəyərləndirilə bilər. Hazırda ağrılı proses Kubada davam edir, lakin bu ölkələrin hər birində hadisələr özünəməxsus qaydada inkişaf edir. ABŞ göstərir ki, Latın Amerikasında bir ölkənin strateji və enerji resursları, geosiyasi mövqeyi və təhlükəsizlik sahəsində qurduğu əməkdaşlıq modeli ABŞ-nin milli və regional maraqları ilə toqquşarsa, o dövlətin suverenliyi risk altına düşə bilər”.

Siyasi ekspert onu da diqqətə çatdırıb ki, Venesuelada hakimiyyətə gələn Delsi Rodriqes eks-prezident Maduronun komandasında idi:

“O, Rusiya, İran, Çinlə münasibətlərin qorunmasını ölkənin suveren haqqı elan etmişdi. Lakin hazırda məhz ABŞ-nin diktəsi ilə siyasi reoirentasiya həyata keçirilir. Məsələn, 17 ildən sonra Venesuela İsraillə diplomatik münasibətləri bərpa edir, Çin əvəzinə Hindistanla enerji əməkdaşlığını genişləndirir, bu, həm də Hindistanın enerji baxımından Rusiyadan asılılığını azaltmağa xidmət edəcəkdir. Həmçinin yeni neft-qaz yataqlarının işlənməsi sazişi beynəlxalq konsorsiumla razılaşdırılır. Bu, Venesuelanın resurslarının ABŞ tərəfindən mənimsənilmədiyi görüntüsünü yaratmağa xidmət edir. Lakin bütün bunların xarici kapital və texnologiya-ixracın artımı-iqtisadi artım və ümumi rifah formulu yaradıb-yaratmayacağı ciddi sual və şübhə doğurur. Resursların xarici nəzarətə keçməsi ehtimalı və dövlətin payının azalması ümumi rifah artımına mənfi təsir göstərə bilər. Bu, suveren dövlətçiliyin zəifləməsi ehtimalında mümkündür. Venesuelanın enerji sektorunda ABŞ və Qərb şirkətlərinin iştirakı gedərək artır, Rusiya və Çinin mövqeləri isə artıq əvvəlki səviyyədə deyil. Venesuela ABŞ maraqlarını nəzərə alaraq çoxvektorlu siyasət xəttini reallaşdırmağa nail olarsa bu, ölkənin siyasi və iqtisadi suverenliklə bağlı maraqlarına daha çox cavab verə bilər. Bu yaxınlarda baş verən dəhşətli zəlzələdən sonra Çinin Venesuelaya geniş yardımı yeni dövrdə ikitərəfli əməkdaşlıq münasibətlərinə yeni impuls vermək üçün dəyərləndirilə bilər. Məsələn, Latın Amerikasında ən uğurlu çoxvektorlu xarici siyasət və ya “strateji muxtariyyət” yaradan ölkə Braziliyadır. Braziliya Pekinin siyasi orbitinə girmir, lakin Vaşinqtonun regional strategiyasının əlavəsinə də çevrilmir. Bu modeli mənimsəyə bilərsə Venesuela suverenliyini qoruya bilər. Əks təqdirdə Venesuela və onun nəhəng sərvətləri qlobal güclər tərəfindən tam anlamıyla istifadə olunacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Avqust 2026 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri