Icma.az
close
up
RU
Eçmiədzində gizlin qatlar üzə çıxır

Eçmiədzində gizlin qatlar üzə çıxır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Kilsədəki böhranı araşdırmaq üçün parlamentdə xüsusi istintaq komissiyası yaradıldı

Erməni Apostol Kilsəsi (EAK) ətrafında gedən proseslər artıq yalnız Ermənistan hökumət nümayəndələri ilə Eçmiədzin arasındakı qarşılıqlı ittihamlar müstəvisində qalmır. Son günlər baş verənlər göstərir ki, kilsə ilə bağlı məsələlərin həlli üçün qanunvericilik səviyyəsində də konkret işlərə başlanılır. Ermənistan Milli Assambleyasında EAK-da yaranmış vəziyyəti araşdırmaq üçün xüsusi istintaq komissiyasının yaradılması bu baxımdan xüsusi diqqət çəkir.

Milli Assambleyanın sədri Ruben Rubinyanın açıqlamasına görə, deputatların azı dörddəbirinin tələbi ilə yaradılan xüsusi komissiya EAK-nın bir sıra ruhanilərinin fəaliyyəti nəticəsində kilsədə yaranmış böhranı araşdıracaq. Eyni zamanda, həmin vəziyyətin erməni xalqının mənəvi həyatına, milli mədəniyyətinin inkişafına və milli kimliyinin qorunmasına təsirinin öyrənilməsi də komissiyanın vəzifələri sırasındadır.

Beləliklə, Ermənistan hakimiyyətinin EAK-la bağlı mövqeyi daha konkret müstəviyə keçir. Söhbət artıq ayrı-ayrı siyasətçilərin kilsənin fəaliyyətinə dair tənqidi fikirlərindən deyil, parlament mexanizmlərindən istifadə edilməklə məsələnin araşdırılmasından gedir. Komissiyanın tərkibi və üzvlərinin sayı Milli Assambleyanın növbəti iclasında müzakirə ediləcək. Məlumata görə, komissiyaya hakim “Mülki müqavilə” fraksiyasının deputatı, Avropaya inteqrasiya məsələləri üzrə komissiyanın keçmiş rəhbəri Arman Yeqoyan başçılıq edəcək. Komissiyada 11 deputatın olması nəzərdə tutulur. Onlardan 7-si hakim fraksiyanı, 3-ü “Güclü Ermənistan”ı, biri isə “Ermənistan” fraksiyasını təmsil edəcək. Müxalifət fraksiyalarının komissiyanın fəaliyyətində iştirak etməyəcəklərini bildirməsi isə ayrıca siyasi məqamdır.

Qanunvericilik mərhələsi

Rəsmi İrəvanın bu addımının mahiyyətini yalnız parlament komissiyasının yaradılması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Çünki hökumətin EAK-la bağlı planları bundan daha genişdir. Ermənistan hökumətinin avqustun 20-də açıqlanan 2031-ci ilədək fəaliyyət proqramında EAK-la bağlı hədəflər sırasında katolikos II Qareginin vəzifədən getməsi və kilsənin yeni nizamnaməsinin qəbul edilməsi də göstərilib. Baş nazir Nikol Paşinyan isə avqustun 24-də kilsədəki böhranla bağlı hesabat hazırlandığını açıqlamış və bu istiqamətdə qanunvericilik və digər mexanizmlərdən istifadə ediləcəyini bildirmişdi. İndi parlamentdə istintaq komissiyasının yaradılması həmin niyyətlərin praktiki müstəviyə keçirilməsinin növbəti mərhələsi kimi görünür. Yəni EAK-la bağlı məsələ getdikcə daha çox hüquqi və idarəçilik çərçivəsində araşdırılan problemə çevrilir. Burada diqqətçəkən əsas məqam odur ki, kilsənin fəaliyyəti ilə bağlı illərdir toxunulmaz hesab edilən sahələr də müzakirə predmetinə çevrilir. Bu isə Eçmiədzinin cəmiyyətdəki ənənəvi mövqeyinin yenidən nəzərdən keçirilməsinə yol açır.

Vergi modeli dəyişir

Bu prosesin digər mühüm istiqaməti kilsənin maliyyə fəaliyyətidir. Ermənistan maliyyə naziri Vahe Ovanisyanın dünənki açıqlamasına görə, hökumət EAK-ın vergiyə cəlb olunması ilə bağlı yeni model hazırlayır. Təklifə əsasən, kilsənin ödəyəcəyi vəsait sonradan məqsədli maliyyələşmə şəklində yenidən onun sərəncamına qaytarıla bilər. Maliyyə nazirinin sözlərinə görə, məqsəd dövlət büdcəsini kilsənin hesabına doldurmaq deyil. Əsas yanaşma kilsənin digər təşkilatlar kimi vergi öhdəliklərinə cəlb olunması, eyni zamanda onun həyata keçirdiyi fəaliyyətlərin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizminin daha şəffaf qurulmasıdır. Hətta dövlət və cəmiyyət üçün strateji əhəmiyyət daşıyan layihələr təqdim olunacağı təqdirdə, kilsəyə qaytarılan maliyyənin ödədiyi vergidən daha çox ola biləcəyi istisna edilmir.

İlk növbədə dini ayinlərlə bağlı əşyaların istehsalı və satışı, habelə yeparxiyaların digər sahibkarlıq fəaliyyəti vergitutma çərçivəsinə daxil edilə bilər. Hazırda Ermənistanda dini ayinlər, ianələr və kilsə əşyalarının satışı əlavə dəyər vergisindən azaddır. Yeni model isə bu sahədə mövcud yanaşmanın dəyişdirilməsini nəzərdə tutur.

Bu, ilk baxışdan texniki maliyyə məsələsi təsiri bağışlaya bilər. Əslində isə məsələ daha geniş məna daşıyır. Çünki maliyyə şəffaflığı hər bir təşkilatın cəmiyyət qarşısında məsuliyyətinin əsas göstəricilərindən biridir. Kilsənin də iqtisadi fəaliyyətinin hansı prinsiplərlə aparıldığı, hansı sahələrdən gəlir əldə etdiyi və bu vəsaitlərin necə istifadə edildiyi artıq açıq müzakirəyə çıxarılır. Başqa sözlə, Eçmiədzinin uzun müddət qapalı qalan maliyyə və təsərrüfat fəaliyyəti ilə bağlı qaranlıq məqamlar da gün işığına çıxarılır. Burada söhbəti təzyiqdən deyil, fəaliyyəti daha aydın qaydalar çərçivəsinə salmaq cəhdindən getdiyini nəzərə almaq lazımdır. Maliyyə naziri də yeni sistemin tələsik tətbiq edilməyəcəyini, ictimai müzakirələrə ehtiyac olduğunu bildirib.

Bu yanaşmanın əhəmiyyəti ondadır ki, kilsə ilə dövlət arasında münasibətlər yalnız siyasi və mənəvi müstəvidə deyil, iqtisadi və hüquqi baxımdan da yenidən qurula bilər. Belə bir dəyişiklik isə EAK-nın cəmiyyətdəki mövqeyinin daha geniş müzakirəsinə səbəb olacaq.

Eçmiədzinin xarici himayə axtarışı

Belə bir şəraitdə II Qareginin xarici nümayəndələrlə görüşləri də diqqətdən kənarda qalmır. Ağ Evin Dini Məsələlər üzrə Ofisinin baş müşaviri Paula Uayt-Keyn bazar günü Eçmiədzində keçirilən dini mərasimdə iştirak edib və bundan sonra II Qaregin tərəfindən qəbul olunub.

Eçmiədzinin yaydığı məlumata görə, görüş zamanı dini dəyərlərin, sülhün və xalqlar arasında həmrəyliyin əhəmiyyətindən danışılıb. Qonağın Eçmiədzindəki mərasimdən aldığı təəssüratları bölüşməsi və Ermənistanın xristian irsini yüksək qiymətləndirməsi də kilsənin məlumatında xüsusi vurğulanır.

Yeri gəlmişkən, II Qareginin belə görüşləri kilsənin hazırkı vəziyyətində xüsusi məna qazanır. Çünki EAK daxilində və onun ətrafında ciddi mübahisələrin getdiyi bir vaxtda Eçmiədzin xarici dini və siyasi çevrələrlə əlaqələrini də nümayiş etdirir. Bu, bir tərəfdən kilsənin beynəlxalq dini əlaqələrini qorumaq cəhdi kimi görünürsə, digər tərəfdən onun Ermənistan daxilindəki mövqeyinin ətrafında gedən müzakirələrin xaricdə də izlənildiyini göstərir.

Burada daha bir məqam da diqqət çəkir. EAK-nın xarici əlaqələri yalnız dini mərasimlərlə məhdudlaşmır. Kilsə uzun illər erməni diasporu ilə sıx əlaqələr saxlayıb və xaricdəki erməni dini icmaları onun mühüm dayaqlarından biri olub. Onun xarici dini və siyasi dairələrlə əlaqələri yalnız dini məsələlərlə məhdudlaşmayıb; ayrı-ayrı dövrlərdə xaricdən gələn təsir və yönləndirmələrin erməni və Azərbaycan xalqları arasında qarşıdurmanı dərinləşdirən, düşmənçiliyi körükləyən məhz EAK olub. Ona görə də Eçmiədzinin xaricdən gələn dini və siyasi dairələrlə təmasları Ermənistan daxilindəki qarşıdurmanın fonunda daha geniş siyasi məna qazanır.

Qarşıdurma yeni mərhələdə

Ermənistanda hökumət–EAK qarşıdurmasının son mərhələsi göstərir ki, məsələ artıq ayrı-ayrı ruhani şəxslərin və ya II Qareginin taleyi ətrafında mübahisə olmaqdan çıxır. Kilsənin fəaliyyətinin parlament səviyyəsində araşdırılması, maliyyə modelinin dəyişdirilməsi, idarəçilik prinsiplərinin yenilənməsi və daxili təyinatlar bir-birini tamamlayan proseslərə çevrilir. Paşinyan hökumətinin əsas arqumenti EAK daxilində uzun müddətdir yığılıb qalan problemlərin həll edilməsinin zəruriliyi ilə bağlıdır. Kilsə isə hakimiyyətin addımlarını onun muxtariyyətinə müdaxilə kimi qiymətləndirir. Beləliklə, tərəflər arasında fikir ayrılığı təkcə II Qareginin fəaliyyətinə münasibətlə məhdudlaşmır. Söhbət dövlətlə kilsə arasındakı münasibətlərin gələcək modelindən gedir.

Milli Assambleyada yaradılan xüsusi istintaq komissiyası bu baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki parlament mexanizminin işə düşməsi EAK ilə bağlı məsələlərin artıq siyasi bəyanatlar səviyyəsindən çıxarılaraq araşdırma və qanunvericilik müstəvisinə keçirildiyini göstərir. Maliyyə sahəsində gözlənilən dəyişikliklər də bu prosesin digər tərəfidir. Kilsənin vergi öhdəliklərinin müəyyənləşdirilməsi, onun iqtisadi fəaliyyətinin daha aydın qaydalarla tənzimlənməsi və dövlət dəstəyinin məqsədli maliyyələşmə prinsipi əsasında qurulması Eçmiədzinin maliyyə fəaliyyətinə yeni baxış formalaşdırır.

Əslində, bütün bu proseslərin ortaq nöqtəsi şəffaflıq məsələsidir. Kilsənin siyasi, maliyyə və idarəçilik fəaliyyəti nə qədər açıq müzakirə olunarsa, onun cəmiyyət qarşısında məsuliyyəti də bir o qədər aydın görünəcək. İndi Ermənistanda gedən proseslər göstərir ki, EAK-nın uzun illər toxunulmaz sayılan bir sıra sahələri artıq ictimai və dövlət nəzarətinin predmetinə çevrilir. Bu baxımdan qarşıdakı dövr həm Ermənistan hakimiyyəti, həm də Eçmiədzin üçün mühüm sınaq olacaq. Parlament komissiyasının araşdırmasının nəticələri, yeni vergi modelinin necə tətbiq ediləcəyi və kilsənin öz daxilində atacağı addımlar qarşıdurmanın gələcək istiqamətini müəyyənləşdirə bilər. Bir məsələ isə artıq aydındır: Ermənistan hakimiyyəti EAK ilə bağlı məsələləri əvvəlki kimi yalnız siyasi bəyanatlarla deyil, qanunvericilik, maliyyə və idarəçilik mexanizmləri vasitəsilə də həll etməyə başlayır.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri