Icma.az
close
up
RU
Oyunu dəyişməyi bacaran ölkə: Bakı necə Avrasiyanın mərkəzinə çevrilir

Oyunu dəyişməyi bacaran ölkə: Bakı necə Avrasiyanın mərkəzinə çevrilir

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Son illərdə Cənubi Qafqazda baş verən geosiyasi transformasiyalar regionun beynəlxalq münasibətlər sistemində rolunu köklü şəkildə dəyişib. Bu dəyişikliklərin mərkəzində isə Azərbaycan dayanır. Bakı təkcə öz milli maraqlarını qoruyan aktor kimi deyil, eyni zamanda regional sülhün, təhlükəsizliyin və bağlantının əsas təminatçısı kimi çıxış edir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəszilik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanın yanaşmasının əsas fərqi ondan ibarətdir ki, rəsmi

Bakı təhlükəsizliyi yalnız hərbi və siyasi mexanizmlərlə deyil, iqtisadi inteqrasiya və infrastruktur bağlantıları vasitəsilə möhkəmləndirməyə çalışır. “Regional enerji, nəqliyyat və logistika layihələri bu strategiyanın təməl sütunlarıdır.

Zəngəzur dəhlizi çərçivəsində reallaşdırılan enerji layihələri yalnız Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik sistemi ilə birləşdirilməsi anlamına gəlmir. Bu xətt faktiki olaraq Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizinin yeni və strateji elementinə çevrilir.
Cəbrayıldan Ağbəndə qədər 74 km, Naxçıvandan Ordubad sərhədinə qədər isə 105 km uzunluğunda 330 kV-luq ikidövrəli yüksək gərginlikli ötürmə xətlərinin inşası Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edir. Dağlıq və mürəkkəb relyef şəraitində çəkilən bu xətlərin 1000 meqavatlıq ötürmə gücünə malik olması layihənin miqyasını və strateji əhəmiyyətini göstərir.
Növbəti mərhələdə 400 kV-luq xəttin Türkiyəyə qədər uzadılması və ilk dəfə bu gərginlik sinfi üzrə çevirici yarımstansiyanın qurulması Azərbaycanın Avropa enerji bazarlarına birbaşa çıxışını təmin edəcək. Bu isə ölkənin enerji tranziti baxımından rolunu keyfiyyətcə yeni mərhələyə yüksəldir”, - o qeyd edib.

Deputat əlavə edib ki,  Azərbaycan–Aİ əməkdaşlığının Naxçıvan dəmir yolu layihəsi üzrə texniki-iqtisadi əsaslandırma mərhələsinə keçməsi təsadüfi deyil: “Bu addım Aİ-nin “Global Gateway” təşəbbüsü və Regionlararası Bağlantılar Proqramı çərçivəsində Bakının etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir.

Naxçıvan dəmir yolu Avropa ilə Mərkəzi Asiyanı Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə birləşdirən daha geniş strateji xəttin tərkib hissəsidir. 15 günlük planlaşdırılmış tranzit müddəti Avropa–Asiya ticarətində alternativ, təhlükəsiz və sanksiyalardan kənar marşrutun formalaşmasına xidmət edir. Bu marşrutlar həm qarşılıqlı iqtisadi fayda yaradır, həm də həddindən artıq asılılıq risklərini azaldır.

Bununla da Azərbaycan, Gürcüstan və Ermənistan xarici siyasətdə daha müstəqil və çoxşaxəli yanaşmaya üstünlük verir. Enerji, təhlükəsizlik və logistika sahələrində alternativ tərəfdaşlıqlar regionun qlobal əhəmiyyətini artırır.

Azərbaycan bu kontekstdə aparıcı aktor kimi çıxış edir. Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Xəzər hövzəsi üzərindən keçən marşrutlar Avropa ilə Asiyanı birləşdirən strateji arteriyalara çevrilib. Türkiyə ilə strateji tərəfdaşlığın möhkəmlənməsi, Aİ və ABŞ-la dialoqun dərinləşməsi, eyni zamanda Mərkəzi Asiya istiqamətində genişlənən əlaqələr balanslaşdırılmış xarici siyasət modelinin formalaşmasına imkan yaradır.

Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, Azərbaycan quru ilə əhatə olunmuş ölkə olmasına baxmayaraq, bağlantı layihələri hesabına geosiyasi məhdudiyyətləri fürsətə çevirib. Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi mürəkkəb layihələrin uğurla reallaşdırılması bu strategiyanın davamlı olduğunu sübut edir.

Mərkəzi Asiya ölkələri ilə institusional əməkdaşlığın dərinləşməsi, Altılıq formatında Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsi Bakının Avrasiya bağlantılarında əvəzolunmaz rolunu daha da gücləndirir. Prezidentin də qeyd etdiyi kimi, bu gün Azərbaycandan yan keçən marşrutlar sanksiyalarla üzləşir və etibarlılıq baxımından risklidir.
Bütün bu proseslər göstərir ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Mərkəzi Asiya–

Yaxın Şərq–Avropa xəttində təhlükəsizlik və sabitliyin əsas dayaqlarından biridir. Enerji, nəqliyyat və logistika layihələri Bakını regional aktordan qlobal bağlantı mərkəzinə çevirir.
Azərbaycanın strateji seçimi aydındır: qarşıdurma yox, bağlantı; izolyasiya yox, inteqrasiya; qeyri-müəyyənlik yox, dayanıqlı sülh. Məhz bu yanaşma ölkəni yeni geosiyasi reallıqlarda etibarlı və vacib tərəfdaşa çevirir”.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Yanvar 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri