Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

“Öz Dərmanınızı Alın, Gəlin” Ağsu sakinləri Acil Yardım Şöbəsindən narazılıq edir/ŞİKAYƏT

“Öz Dərmanınızı Alın, Gəlin” Ağsu sakinləri Acil Yardım Şöbəsindən narazılıq edir/ŞİKAYƏT

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağsu Rayon sakinləri Mərkəzi Xəstəxananın acil yardım şöbəsindən narazıdırlar. Şikayətlər şöbə müdiri Rişad Kərimovun xəstələrə aqressiv və laqeyd davranışı ilə bağlıdır.

Bu barədə rayon sakinləri Gununsesi.info-ya məlumat veriblər.

Valideynlər və sadə rayon sakinləri bildirirlər ki, Kərimovun rəhbərlik etdiyi acil şöbədə xəstələrə aqressiv və hörmətsiz davranılır:

“Onlara heç bir dərman verilmir, vəziyyəti kritik olan insanlar belə aptekə göndərilir. Uşaq-qoca demədən hər kəs “öz dərmanınızı alın, gəlin” cavabını eşidir.

Əgər məsələ yalnız burda bitmiş olsaydı, bəlkə də adi laqeydlik kimi qiymətləndirmək olardı. Amma problem daha dərindir və artıq açıq-aşkar “toxunulmazlıq sindromu”na çevrilib”.

Bəzi yerli sakinlərin sözlərinə görə, Rişad Kərimov haqqında edilən şikayətlərə qarşı kobud və açıq şəkildə reaksiya verir:

““Get, kimə istəyirsən, şikayət et.” Bu cümlə bir adamın dövlətə güvəni deyil, öz şəxsi dayaqlarına arxayınlığını ifadə edir.

Kərimovun arxasında Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Kərimli Fizuli Adil oğlu dayanır. Bu da həkimin bu qədər cəsarətli davranmasının əsas səbəblərindən biri kimi göstərilir.

Yalnız bu da deyil, xəstəxananın İnsan Resursları (kadrlar) şöbəsinin rəhbəri Şahin Kərimov da eyni şəxsi, Rişad həkimi qoruyur. Başqa sözlə, sistemin içində bir sistem qurulub və bu sistemin içində sadə bir rayon sakini, bir qızdırmalı uşaq qorumasızdır.

Acil şöbə insanların ən çarəsiz halda ümid bağladığı məkan olmalıdır. Oraya gələn hər kəs “indi həyatımı xilas edəcəklər” düşüncəsi ilə içəri girir. Amma Ağsuda bu düşüncə qapıdan içəri girən kimi parçalanır. İnsanlar müalicə əvəzinə aqressiya görür, yardım əvəzinə dərman almağa göndərilir. Sual verəndə isə cavab budur: “Şikayət et, kimə istəyirsənsə.” Çünki onların arxasında heç kim yoxdur. Amma qarşılarında duran şəxsin arxasında dövlətin məmurları var.

Bu vəziyyət təkcə bir həkimin məsuliyyətsizliyi, yaşının verdiyi yorğunluq və ya kobudluğu ilə izah oluna bilməz. Bu, səhiyyə sisteminin içində illərlə toxunulmazlıqla qorunan bir dairənin nəticəsidir. Əgər həkim vəzifəsini pis icra edir və onu tənqid edən vətəndaşlara qarşı özünü “toxunulmaz” hiss edirsə, məsuliyyət təkcə onun yox, onu qoruyan vəzifəli şəxslərin də üzərindədir.

İndi sual təkcə bir həkimin aqressivliyi ilə bağlı deyil. Sual budur: vətəndaş haqlıdırsa, amma həkimin arxasında məmur dayanırsa, dövlət bu məsələdə kimin tərəfindədir? Sadə vətəndaşınmı?  Qızdırmadan yanan körpələrinmi? 
Yoxsa toxunulmaz məmur-həkim ittifaqlarının?
Əgər bu suallar cavabsız qalacaqsa, o zaman Ağsuda acil yardım şöbəsi bağlanmasa da, insanların oraya olan ümidi çoxdan tükənmiş deməkdir”-deyə sakinlər əlavə edib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Oktyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri