Icma.az
close
up
RU
Biləsuvarda qayınananı öldürən gəlin öz qohumu imiş TƏFƏRRÜAT

Biləsuvarda qayınananı öldürən gəlin öz qohumu imiş TƏFƏRRÜAT

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi Biləsuvar rayonunun İsmətli kəndində qətl hadisəsi törədilib. 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın əvvəlcə beyindaxili təzyiqdən öldüyü bildirilsə də, aparılan araşdırmalar nəticəsində onun gəlini tərəfindən boğularaq qətlə yetirildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı qətldə şübhəli bilinən gəlin Gülbəniz Həsənzadə və onun qardaşı Qasım Həsənov saxlanılıblar. Ahıl qadın tənha yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra ailə üzvləri kamera görüntülərinə baxarkən Almaz Cəfərovanın qətlə yetirildiyini aşkar ediblər.

Milli.Az xəbər verir ki, bizim.media-ya danışan Biləsuvar rayonu İsmətli kənd ərazi nümayəndəsi Mübariz Mürsəlov hadisə ilə bağlı bəzi təfərrüatları açıqlayıb.  

O, deyib ki, 4 oğlu və 2 qızı olan 72 yaşlı Almaz Cəfərova uzun müddət tək yaşayırmış. Onun oğlan övladları Rusiya Federasiyasında yaşayır.
2 ay əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan Azərbaycana gələrək mərhumla eyni evdə yaşamağa başlayıb:
"Almaz Cəfərova çox yaxşı və istiqanlı bir xanım idi. Qızlarını köçürüb və Bakıda yaşayırlar. Oğlanları Rusiyada yaşayır. Həyat yoldaşı isə rəhmətə gedib. Gəlini öz baldızı qızıdır. O vaxt oğluna özü alıb gətirmişdi. Baxmayaraq ki, yoldaşı və qohum əqrəbada çoxları bu izdivaca qarşı idi".
Mübariz Mürsəlov qeyd edib ki, iki gün əvvəl mərhumun 40 mərasimi keçirilib. Yaxınları sağlam qadının qəfil ölümündən şübhələndikləri üçün evdəki təhlükəsizlik kameralarının görüntülərinə baxmağa qərar veriblər. Buna da vəsilə mərhumun polis orqanlarında işləmiş qardaşı olub. 
Baxış zamanı isə gəlinin və onun qardaşının (baldızı qızı və oğlu) qadını qətlə yetirdikləri məlum olub:
"Oğlu yoldaşını göndərmişdi ki, həm anasına baxsın, həm də sənədlərini qaydaya salsın. Aralarında hər hansı münaqişə olduğunu eşitməmişdik, qapalı ailə olublar. Hadisənin hansı səbəbdən baş verdiyini bilmirik. Yəqin ki, ailədaxili məsələ olub. Bütün kənd şok içindədir".
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see389

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see191

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see175

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see169

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see168

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see145

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see140

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see137

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri