Icma.az
close
up
RU
Öz dövlətinin maraqlarını uğurla müdafiə edən ikinci bir lider görmürəm Eldar Əzizov

Öz dövlətinin maraqlarını uğurla müdafiə edən ikinci bir lider görmürəm Eldar Əzizov

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “bakibaku.az” saytının kollektivi ilə görüş keçirib.

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sayt kollektivinin ictimai əhəmiyyətli hadisələrin işıqlandırılmasında qazandığı mühüm nailiyyətləri yüksək qiymətləndirərək bildirib ki, banisi görkəmli jurnalist Nasir İmanquliyev olan bir media orqanının bir hissəsi olmaq böyük şərəf və eyni zamanda böyük məsuliyyətdir.

Eldar Əzizov xatırladıb ki, bu il görkəmli jurnalist Nasir İmanquliyevin anadan olmasının 115 illiyi qeyd edilir. O vurğulayıb ki, əsası qoyulmasından artıq 70 ilə yaxın vaxt keçən "Bakı" qəzeti öz dövründə Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayıb.

Çıxışı zamanı Eldar Əzizov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə demokratiyanın ən vacib prinsiplərindən biri olan söz azadlığı tam şəkildə təmin olunub. Hazırda ölkənin media məkanında çoxsaylı xəbər saytları və çap nəşrləri sərbəst fəaliyyət göstərir, hakimiyyətlə cəmiyyət arasında dialoq daha da dərinləşir.

Bu baxımdan Prezident İlham Əliyevin media nümayəndələri ilə keçirdiyi ənənəvi görüşlər xüsusi əhəmiyyət daşıyır. Həmin görüşlərdə Prezident İlham Əliyev görülən işlərin nəticələri ilə yanaşı, ölkənin gələcək inkişaf perspektivləri barədə də ətraflı məlumat verir. Eldar Əzizov qeyd edib ki, belə bir siyasi ənənə əvvəllər mövcud olmayıb. Bu kursun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Tarixçi kimi deyə bilərəm ki, postsovet məkanında, eləcə də Şərqi Avropa ölkələri və daha geniş coğrafiyada öz dövlətinin maraqlarını bu qədər uğurla müdafiə edən və dünyada baş verən mürəkkəb proseslər fonunda ölkəsinin davamlı inkişafını təmin edən başqa bir lider görmürəm”, – deyə paytaxtın icra başçısı bildirib.

Eldar Əzizovun sözlərinə görə, təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam artıq Azərbaycanın vizit kartına çevrilib və məhz bu amillər ölkəyə gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olur. O vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə getdikcə daha çox uğurla inkişaf edən və nüfuzlu dövlət kimi qəbul edilir.

“Bütün bunlara və daha bir çox uğurlara görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildirir, ona təşəkkür edirik”, – deyə Eldar Əzizov çıxışını yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri