Icma.az
close
up
RU
Öz istəyimlə 50 manat verdim Sabiq vəzifəli şəxslərin məhkəməsi

Öz istəyimlə 50 manat verdim Sabiq vəzifəli şəxslərin məhkəməsi

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsinin keçmiş baş direktoru Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

İş üzrə ifadə verən şahid Nərgiz Nəcəfova Elşən Mustafayevi tanıdığını bildirib:

"Təqsirləndirilənlərdən yalnız Elşən doktoru tanıyıram, digərini isə tanımıram. Qardaşım içki aludəçisi idi. Mərkəzdə müalicə alırdı. Öz istəyimlə 50 manat vermişəm. Elşən doktor çox yaxşı həkimdir".

Qeyd edək ki, şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsində ziddiyyətlərin olduğu məlum olub. Belə ki, istintaqa ifadəsi zamanı həkimə 300 manat verdiyini deyən şahid məhkəmədə bunu inkar edib.

Həşimova Fəridə isə bildirib ki, təqsirləndirilən şəxslərin hər ikisini tanıyır. O, yoldaşını müalicə üçün Zamin həkimin yanına apardığını və siqaret, su üçün həkimə öz istəyi ilə 50 manat verdiyini bildirib. Şahidin yoldaşı mərkəzdə 22 gün müalicə alıb.

İfadəsində ziddiyyətin olmasını isə şahid ifadə zamanı stresdə olduğu ilə əsaslandırıb.

Şahid Elmaz Nəcəfov Zamin həkimi bir dəfə gördüyünü və əmisi oğlunun alkoqoldan müalicəsi üçün həkimə müraciət etdiyini deyib. Şahid heç kimə pul vermədiyini desə də, istintaqa verdiyi ifadədə 300 manat verdiyini bildirib.

Şahid İntiqam Ağalarov təqsirləndirilənləri tanımadığını bildirib və istintaqa verdiyi ifadəni təsdiq etməyib. O deyib ki, qardaşının müalicəsi üçün mərkəzə müraciət edib:

"Həkim məndən pul istəməyib. Sadəcə, dərman almağı tapşırıb. Mən isə uzaqda olduğumu və dərmanı ala bilməyəcəyimi demişəm. Dərmanın alınması üçün həkimə 200 manat pul vermişəm. Onun 70 manatını siqaret, su kimi ehtiyaclar üçün vermişəm".

Məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" PHŞ-nin baş direktoru işləmiş Elşən Hümbət oğlu Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Sabir oğlu Əliyevin qanunsuz əməlləri barədə məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyevlə əlbir olub həmin mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya təknəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Elgün Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Avqust 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri