Özbək taksi sürücüsü təhqir olundu, Özbəkistan Rusiyaya nota verdi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Sosial şəbəkələrdə bir kişinin digərinə qışqıraraq onu “qul” adlandıran videosu yayıldıqdan sonra Özbəkistan Rusiyaya nota verib.
Yeniavaz.com Özbəkistan mətbuatına istinadla xəbər verir ki, video Moskva vilayətində lentə alınıb və kadrlardakı şəxs özbək taksi sürücüsü olub.
Notanı Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov açıqlayıb. Özbəkistan XİN özbək miqrantı təhqir edən şəxsin kimliyinin müəyyənləşdirilməsini və barəsində tədbir görülməsini tələb edib.
Burxanov vurğulayıb ki, Özbəkistan vətəndaşlarının harada yaşamasından asılı olmayaraq, onlar ölkə qanunvericiliyinə uyğun olaraq qorunur.

Özbəkistan Rusiyaya NOTA VERDİ
03 Sentyabr 2025 21:54
Özbəkistan Rusiyaya nota verdi: Özbəklərə qarşı münasibət...
11 İyun 2025 09:22
Özbəkistan prezidenti Rusiyaya səfər edəcək
24 Dekabr 2024 11:26
Özbəkistan Rusiyaya bəzi uçuşları dayandırır
07 Yanvar 2025 20:27
Türkiyəli qız özbək qadınlarını təhqir etdi
26 Noyabr 2024 14:07

