Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Özbəkistan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID-kartla (şəxsiyyət vəsiqəsi) girişə icazə verməyi planlaşdırır.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu, ölkə Prezidenti Şavkat Mirziyoyevin "2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında" fərmanında öz əksini tapıb.
Sənədə əsasən, təşəbbüs səyahətlərin sadələşdirilməsinə, turizmin, işgüzar və humanitar əlaqələrin inkişafına yönəlib.
Özbəkistan Xarici İşlər Nazirliyinə (XİN) ölkənin regionlarına turist axınını artırmaq üçün üç ay ərzində bu üç ölkənin müvafiq qurumları ilə danışıqlara başlamaq və nəticələrə əsasən öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 May 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















