Icma.az
close
up
RU
Özbəkistan Könüllülər Assosiasiyasının rəhbəri: Azərbaycan və Özbəkistan könüllülük və sosial təşəbbüslər sahəsində tərəfdaşlığı gücləndirir MÜSAHİBƏ

Özbəkistan Könüllülər Assosiasiyasının rəhbəri: Azərbaycan və Özbəkistan könüllülük və sosial təşəbbüslər sahəsində tərəfdaşlığı gücləndirir MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Son illər Azərbaycanla Özbəkistan arasında gənclər siyasəti və könüllülük hərəkatı sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə möhkəmlənib və sistemli xarakter alıb. 2024-cü ilin MDB ölkələrində “Könüllülük Hərəkatı İli” elan olunması birgə təşəbbüslərin həyata keçirilməsinə və təcrübə mübadiləsinə əlavə stimul verib.

Dövlət xidmətlərinin aktiv transformasiyası və gənclərin sosial proqramlarda iştirakının genişlənməsi fonunda iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq ikitərəfli tərəfdaşlığın ən perspektivli istiqamətlərindən biri kimi qiymətləndirilir.

AZƏRTAC-a müsahibəsində Özbəkistan Könüllülər Assosiasiyasının rəhbəri Şirin Abidova bu sahədə mövcud prioritetlər və gələcək planlardan danışıb.

– Azərbaycan və Özbəkistanın gənclər və könüllü təşkilatları arasında əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, gələcək inkişaf üçün ən böyük potensiala malik istiqamətlər hansılardır?

– Azərbaycan və Özbəkistanın gənclər və könüllü təşkilatları arasında əməkdaşlığın hazırkı vəziyyətindən danışanda insanın ürəyi fərəhlə dolur. Çünki 2024-cü ilin MDB ölkələrində Könüllülük Hərəkatı İli elan edilməsinin nəticəsi olaraq çoxsaylı ünvanlı tərəfdaşlıq, könüllülük və gənclər arasında əlaqələr quruldu və bunun nəticəsində bir sıra birgə layihələr həyata keçirildi.

Hazırda Azərbaycan və Özbəkistanın gənclər və könüllü təşkilatları arasında əməkdaşlıq davamlı və səmərəli xarakter daşıyır. Son illərdə geniş tərəfdaşlıq şəbəkəsi formalaşdırılıb, bir sıra birgə proqramlar reallaşdırılıb və könüllülük təşəbbüslərinin inkişafına cavabdeh dövlət qurumları arasında qarşılıqlı fəaliyyət daha da gücləndirilib.

Ən perspektivli istiqamətlər kimi metodoloji yanaşmaların mübadiləsini, dövlət xidmətləri mərkəzləri üçün könüllülərin hazırlanmasını və birgə təhsil layihələrini qeyd edirik.

– Könüllülər hərəkatı Özbəkistanın dövlət gənclər siyasətinin həyata keçirilməsində hansı rolu oynayır? Azərbaycan qurumları ilə təcrübə mübadiləsi baxımından hansı imkanları daha vacib hesab edirsiniz?

– Könüllülər hərəkatı Özbəkistanın dövlət gənclər siyasətinin mühüm alətlərindən biridir və dövlət xidmətlərinin fəaliyyətinə aktiv şəkildə inteqrasiya olunub. Bu baxımdan Azərbaycanın təcrübəsi, xüsusilə “ASAN Könüllülər” və “Könüllü DOST” layihələri bizim üçün böyük maraq doğurur.

Ən çox tələb olunan mübadilə istiqamətləri kimi təlim proqramları, könüllülərin peşəkar hazırlığının artırılması və onların fəaliyyətini dəstəkləyən rəqəmsal platformaların inkişafını görürük.

Özbəkistanda da buna bənzər “İnson Könüllüləri”, Dövlət Xidmətləri Mərkəzləri Könüllüləri (Davlat Xizmat Markazları) və Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Davlat Xizmat Markazları könüllüləri mövcuddur. Önəmli məqam budur ki, bu gənclər həm Azərbaycanda, həm də Özbəkistanda dövlət qurumlarına əhaliyə xidmət göstərməkdə struktur baxımından eyni fəaliyyəti göstərirlər.

Həm Özbəkistandakı “İnson” mərkəzləri, həm də Azərbaycandakı “ASAN Könüllülər” və “Könüllü DOST” çərçivəsində könüllülər sosial və ümumi xarakterli vətəndaş müraciətlərinin emalında dövlət xidmətləri mərkəzlərinə dəstək göstərirlər.

– Ekoloji çağırışlar gənclər təşkilatlarının fəaliyyətində getdikcə daha mühüm yer tutur. Ekologiya sahəsində ikitərəfli əməkdaşlığın hansı formaları ölkələrimiz üçün səmərəli tərəfdaşlıq nümunəsi ola bilər?

– Ekoloji mövzu gənclər fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu kontekstdə müxtəlif əməkdaşlıq formatları mümkündür. Bunlara birgə ekoloji aksiyalar, təbiəti mühafizə tədbirlərində iştirak üçün könüllü qrupların mübadiləsi, habelə tematik təlim proqramlarının təşkili daxildir.

Bu kimi təşəbbüslər praktiki əməkdaşlığın genişlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verə bilər.

– Hazırda Azərbaycan və Özbəkistanın könüllüllərin assosiasiyaları arasında hansı yeni mexanizmlər, formatlar və ya platformalar müzakirə edilir və onların əsas üstünlüyü nədədir?

– Hazırda institusional əməkdaşlığın bir neçə variantı müzakirə olunur. Bunlara koordinasiya platformalarının yaradılması və birgə təlim proqramlarının işlənməsi daxildir.

Belə mexanizmlərin üstünlüyü ondan ibarətdir ki, onlar əməkdaşlığın sistemliliyini, şəffaflığını və uzunmüddətliliyini təmin edir. Bu isə fəaliyyətin daha effektiv planlaşdırılmasına və uyğun təşkilatlar arasında layihələrin daha səmərəli koordinasiyasına imkan verəcək.

– Özbəkistan Könüllülər Assosiasiyasının yaxın illər üçün əsas strateji hədəfləri hansılardır? İkitərəfli gənclər əməkdaşlığının gücləndirilməsi baxımından Azərbaycan tərəfdaşları ilə hansı birgə təşəbbüsləri ən perspektivli hesab edirsiniz?

– Qarşıdakı illər üçün prioritetlərimizi könüllülərin peşəkar kompetensiyalarının inkişafı, rəqəmsal həllərin tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi təşkil edir.

Azərbaycanlı tərəfdaşlarla əməkdaşlığın ən perspektivli istiqamətləri sırasında birgə təhsil proqramlarının reallaşdırılmasını, mübadilə layihələrinin genişləndirilməsini və könüllülərin sosial xidmətlərin keyfiyyətinin artırılmasına yönəlik təşəbbüslərdə iştirakını qeyd edirik.

Bu tədbirlər ikitərəfli gənclər əməkdaşlığının davamlı şəkildə möhkəmləndirilməsinə imkan verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri