Icma.az
close
up
RU
Özbəkistan deputatı: Azərbaycan Mərkəzi Asiya ilə strateji körpü rolunu gücləndirir MÜSAHİBƏ

Özbəkistan deputatı: Azərbaycan Mərkəzi Asiya ilə strateji körpü rolunu gücləndirir MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 noyabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq son illərdə sürətlə genişlənərək sistemli və çoxşaxəli xarakter alıb. İqtisadiyyat, nəqliyyat-logistika, enerji, humanitar və təhlükəsizlik sahələrində artan dinamika yalnız ikitərəfli münasibətləri möhkəmləndirmir, eyni zamanda, bütün regionun inkişafına töhfə verir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi isə iki region arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bu proses ölkənin regional inteqrasiyada rolunu daha da gücləndirərək onu Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əsas strateji körpüyə çevirir.

Özbəkistanın deputatı Rəşidə Nadira İlhamovna bu aktual mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

-Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq hansı sahələrdə möhkəmlənib?

-Qanunverici Palatanın deputatı kimi hesab edirəm ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı artıq sistemli və çoxşaxəli xarakter alıb. Bu əməkdaşlıq qarşılıqlı etimad, tarixi yaxınlıq və dövlətlərimizin strateji maraqlarının üst-üstə düşməsinə əsaslanır. Son illərdə bu dialoq elə bir dinamika qazanıb ki, yalnız ikitərəfli münasibətləri gücləndirmir, həm də bütövlükdə regionun inkişafına xidmət edir.

İqtisadi sahədə əməkdaşlıq xüsusilə fəal şəkildə inkişaf edir. Dövlət başçılarının müntəzəm görüşləri göstərir ki, Özbəkistan və Azərbaycan bir-birini sənayenin modernləşdirilməsi, birgə istehsal sahələrinin yaradılması, investisiya mübadiləsinin genişləndirilməsi və iri infrastruktur layihələrində iştirak baxımından əsas tərəfdaş kimi görür. Bu təşəbbüslər Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin sənaye sahəsində bir-birini tamamlamasını gücləndirir və məhsulların xarici bazarlara çıxışı üçün geniş imkanlar yaradır.

Nəqliyyat-logistika istiqaməti münasibətlərdə xüsusi yer tutur. Cənubi Qafqaz Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün əsas marşrutlardan birinə çevrilir. Tranzit, dəmir yolu və avtomobil daşımaları sahəsində əməkdaşlıq, Xəzər limanlarının inkişafı region məhsullarının Avropa, Yaxın Şərq və Türkiyəyə ixracı üçün yeni imkanlar açır. Azərbaycan etibarlı nəqliyyat qovşağı rolunu ardıcıl olaraq möhkəmləndirir.

Enerji sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirilir. Yaşıl enerjinin inkişafı, texnologiya mübadiləsi, yeni ixrac marşrutlarının yaradılması və Azərbaycan şirkətlərinin Mərkəzi Asiya enerji layihələrində iştirakı strateji əhəmiyyət daşıyır.

Humanitar sahədə də münasibətlər möhkəmlənir. Liderlərin müntəzəm səfərləri, birgə mədəni proqramlar, təhsil və elmdə əməkdaşlıq xalqlar arasında etimad və qarşılıqlı dəstək mühitini gücləndirir.

Təhlükəsizlik sahəsində də əməkdaşlıq inkişaf edir. Terrorizm, ekstremizm, narkotik qaçaqmalçılığı və kibertəhlükələrə qarşı mübarizə regional qarşılıqlı fəaliyyətin mühüm elementi kimi çıxış edir.

Ümumilikdə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının güclənməsi regional tərəfdaşlığın inkişafında mühüm amilə çevrilib.

-Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi barədə nə deyə bilərsiniz?

-Bu, regional əməkdaşlıq memarlığını dəyişdirən tarixi qərardır. Bu, müvəqqəti dəvət və ya müşahidəçi statusu deyil, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə eyni səviyyədə tamhüquqlu üzvlüyü deməkdir. Bu status ölkələrimiz arasında münasibətlərin strateji xarakterini əks etdirir. Bu qərar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid əməkdaşlıq məkanının formalaşmasına imkan yaradır.

-Bundan sonra Azərbaycan hansı görüşlərdə iştirak edəcək?

-Tamhüquqlu iştirak statusu Azərbaycana davamlı inkişaf, iqtisadi-ticari əməkdaşlıq, investisiya, humanitar təşəbbüslər və təhlükəsizlik layihələri üzrə qərarların qəbulunda tam iştirak imkanı verir. Artıq Mərkəzi Asiya liderlərinin hər bir məsləhətçi görüşündə Azərbaycan Prezidenti də iştirak edəcək.

-Necə düşünürsünüz, bu yeni vəziyyət Azərbaycanın Cənubi Qafqazdakı roluna hansı istiqamətdə təsir edəcək?

-Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü rolunu gücləndirir. Bu status ona nəqliyyat, iqtisadi və mədəni sahələrdə inteqrasiyaedici aktor kimi çıxış etmək imkanı verir. Bu qərar Azərbaycanın beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir, onun regional inteqrasiya proseslərində təsir imkanlarını artırır və iki region arasında əlaqələrin əsas mərkəzinə çevrilməsini sürətləndirir. Nəticə etibarilə, Azərbaycan artıq, sadəcə, iştirakçı deyil, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əməkdaşlığı formalaşdıran əsas inteqrator və strateji mərkəz rolunda çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri