Özbəkistan mədəniyyəti Qətərdə nümayiş olunur
Icma.az bildirir, Kulis.az portalına istinadən.
Qətərin Dohada yerləşən məşhur İslam İncəsənəti Muzeyi Özbəkistanın əsrlərə söykənən zəngin mədəniyyətini və sənətkarlıq ənənələrini əks etdirən iki yeni sərgiyə ev sahibliyi edir.
Kulis.az xəbər verir ki, "Özbəkistan: Hərəkətdə olan irs" adlı ilk ekspozisiya izləyiciləri Özbəkistanın İslam incəsənəti, sənətkarlıq və intellektual irsi üzrə tarixi səyahətə çıxarır.
Eyni zamanda təqdim olunan "Ektashif Uzbekistan" sərgisində isə Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara kimi tarixi şəhərlərini ziyarət edən qətərli rəssamların bu səfərlərdən təsirlənərək ərsəyə gətirdikləri əsərlər nümayiş etdirilir.
Qeyd edək ki, hər iki sərgi mədəni irsin sərhədləri aşaraq fərqli mədəniyyətlər arasında körpü yaratmaq və yeni yaradıcılıq üfüqləri açmaq gücünü nümayiş etdirir.
"Mən on min qadınla sevişmişəm..." - Jorj Simenondan sitatlar "Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər Venesiyada “Ən yaxşı aktyor" mükafatı təqdim edildi
Baxış sayı:112
Bu xəbər 02 Oktyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















