Özbəkistan Prezidenti Azərbaycana gəlib
Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər qarşılayıblar.

