Özbəkistan rəsmisi: Azərbaycanla əməkdaşlıq biznes mühitinin inkişafı üçün vacibdir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Azərbaycanla əməkdaşlıq biznes mühitinin inkişafı üçün vacibdir.
“APA-Economics” xəbər verir ki, Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı sahəsində dövlət siyasətinin analitik dəstəyi və koordinasiyası departamentinin direktoru Timur Xusanov Bakıda keçirilən Asiya İnkişaf Bankının “Asia Small and Medium-Sized Enterprise Monitor 2025” (ASM 2025 – Asiya Mikro, Kiçik və Orta Müəssisələr Monitoru 2025) hesabatının təqdimatında deyib.
O, çıxışında Özbəkistan üçün infrastrukturun inkişafı və regional əlaqəliliyin, o cümlədən Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb:
“Özbəkistan üçün əlaqəlilik çox vacibdir — bu, yol xəritələri, dəmir yolları və avtomobil yolları layihələrini, həmçinin Azərbaycanla əməkdaşlığı əhatə edir. Bizim əsas məqsədimiz biznes üçün keyfiyyətli infrastrukturun təmin olunmasıdır.”
Timur Xusanov əlavə edib ki, Özbəkistanda kiçik və orta müəssisələrin (KOB-ların) inkişafının əsas amillərindən biri sabit iqtisadi artım və infrastrukturun möhkəmlənməsidir. Onun sözlərinə görə, ölkədə ÜDM-in illik artımı 6 faizdən çoxdur və bu, sahibkarlıq üçün dayanıqlı mühit yaradır.
O, həmçinin qeyd edib ki, Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT – World Trade Organization, WTO) üzvlüyü ölkəyə xarici bazarlara çıxış imkanı yaradacaq və iqtisadi inteqrasiyanı gücləndirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















