Özbəkistan Senatı Azərbaycandakı səfirin hesabatını dinləyib
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Daşkənddə Özbəkistan Senatının beynəlxalq münasibətlər, xarici iqtisadi əlaqələr, xarici investisiyalar və turizm məsələləri üzrə Komitəsinin genişləndirilmiş iclası keçirilib.
Newscenter.az-ın məlumatına görə, "Report" Özbəkistan Senatına istinadən xəbər verir ki, iclasda Özbəkistanın Azərbaycandakı diplomatik missiyasının rəhbərinin hesabatına və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, iclasda senatorlar, müvafiq nazirlik və qurumların rəhbərləri, müxtəlif ekspertlər və KİV nümayəndələri iştirak ediblər.
Senatorlar Özbəkistanın Azərbaycan, Rusiya və Belarusdakı diplomatik missiyalarının rəhbərlərinin hesabatlarını dinləyiblər. İkitərəfli münasibətlərin inkişafı, investisiyaların cəlb edilməsi, ixracın və turist axınının genişləndirilməsi və s. məsələlər müzakirə edilib.
Yeni xarici bazarların tapılması, xaricdə ticarət evləri və anbarların yaradılması, xarici ölkələrdə müvəqqəti yaşayan vətəndaşlara konsulluq və hüquqi yardımın göstərilməsi məsələlərinə xüsusi diqqət yetirilib.


Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında sənədlər imzalanıb
01 İyul 2025 15:52
Özbəkistan Senatı Türk Dövlətləri Təşkilatının mülki müdafiə haqqında sazişinin ratifikasiyasını təsdiqləyib
26 İyun 2025 16:55
Respublikaçılar Senatı ələ keçirdi
06 Noyabr 2024 09:36
Respublikaçılar Senatı da nəzarətə götürürlər
06 Noyabr 2024 11:22

