Özbəkistan Türkiyənin yol infrastrukturu və yol tikintisi təcrübəsini öyrənir
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Özbəkistan Türkiyənin yol infrastrukturu və yol tikintisi təcrübəsini öyrənir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu məqsədlə Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankarada Avtomobil Yollarının Əsas İdarəetmə Mərkəzini ziyarət edib.
Bildirilib ki, bu mərkəz Türkiyənin yol infrastrukturunun idarə olunmasında və monitorinqində mühüm rol oynayır. Bu, sensor şəbəkələri, müşahidə kameraları, elektron yol nişanları və yol hərəkətinin idarə edilməsi sistemlərini əhatə edən "ağıllı" nəqliyyat sisteminin (İTS) əsas halqasıdır. Mərkəz ölkənin əsas magistral yollarında yol şəraitini mərkəzləşdirilmiş şəkildə izləyəcək.
İdarəetmə mərkəzi avtomobil yollarının təhlükəsiz, sabit və səmərəli istismarını təmin edəcək və nəqliyyat infrastrukturunun optimal idarə olunmasına imkan verəcək.
Səfər zamanı nəqliyyat axınının idarə olunması və "ağıllı yol" texnologiyalarının tətbiqi sahəsində müasir təcrübə və beynəlxalq standartlar təqdim olunub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Macarıstan Özbəkistan təcrübəsini öyrənir
07 Avqust 2025 20:52
Özbəkistan ASAN xidmət təcrübəsini öyrənir
03 Fevral 2025 10:29
Özbəkistan Azərbaycanın aqrar sığorta təcrübəsini öyrənir
14 May 2025 14:30
Özbəkistan Azərbaycanın qida təhlükəsizliyi təcrübəsini öyrənir
26 Avqust 2025 16:50
Özbəkistan Belarusun nüvə enerjisi sahəsində təcrübəsini öyrənir
06 Avqust 2025 15:26
Baxış sayı:21
Bu xəbər 17 Dekabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















