Özbəkistanda keçirilən konqresdə Azərbaycandakı səhiyyə islahatları barədə məlumat verilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 may, AZƏRTAC
Mayın 2-3-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının II Tibb Konqresi və Özbəkistan kardioloqlarının respublika konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, həmin konqresdə ölkəmizi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və institutun elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev təmsil ediblər.
Tədbirdə alimlərimizin çıxışları ilə yanaşı, Azərbaycan və Özbəkistan arasında kardiologiya üzrə memorandumun təntənəli imzalanması mərasimi olub.
Alimlərimiz Azərbaycanda səhiyyə sistemində aparılan islahatlardan, tibbi təhsildən danışıb, kardiologiya üzrə elmi-tədqiqat mərkəzinin fəaliyyətinin vacibliyini vurğulayıb, aparılan tibbi tədqiqatlar və ölkədə kardiologiya sahəsinin inkişafı mövzusuna toxunublar. Həmçinin, respublikamızda tətbiq olunan icbari tibbi sığortanın tibbi-sosial həyata təsiri haqqında danışılıb.
Şanxay Əməkdaşlıq Təşkilatının ölkələri arasında tibbi sahədə inkişaf və əməkdaşlığının ölkələrin səhiyyəsinin inkişafına böyük töhfə verəcəyi haqqında xüsusilə vurğulanıb.
Həmçinin Azərbaycanda TAVİ kimi əməliyyatların icrası uğurla həyata keçirildiyi və həmin istiqamətdə aparıcı mütəxəssislər tərəfindən çoxsaylı təlim və kursların keçirildiyi diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 May 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















