Icma.az
close
up
RU
Özbəkistanda keçirilən beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumat verilib

Özbəkistanda keçirilən beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumat verilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 sentyabr, AZƏRTAC

Özbəkistanda “Yoxsulluqdan rifaha doğru” mövzusunda Yoxsulluğun Azaldılması üzrə III Beynəlxalq Forum keçirilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışı ilə işinə başlayan forum panel sessiyalarda müzakirələrlə davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, forumda BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlardan, həmçinin müxtəlif ölkələrdən nümayəndələr və ekspertlər iştirak ediblər.

“Qlobal Əməkdaşlıq və Tərəfdaşlıq: Beynəlxalq təşkilatların və regional əməkdaşlığın yoxsulluğun azaldılmasının sürətləndirilməsində rolu” mövzusunda təşkil olunan panel sessiyada Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edib.

O, dövlətimizin başçısının tapşırıqları ilə son illər ölkəmizdə beş böyük sosial islahat paketinin icra olunduğunu diqqətə çatdırıb. Sosial müdafiə sahəsində dövlət siyasətinin Dünya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Əmək Təşkilatı kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini bildirib.

Ölkəmizdə həssas əhali qruplarından olan şəxslərin sosial müdafiəsində Azərbaycan brendi olan unikal DOST modelinin rolu vurğulanıb. DOST mərkəzlərində 161 xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf formada vətəndaşlara təqdim olunduğu qeyd olunub.

Əhalinin rifahının yüksəldilməsində mühüm istiqamət olan məşğulluq sahəsində ölkəmizdə genişmiqyaslı islahatların aparıldığı, 2030-cu ilə qədər Məşğulluq Strategiyasının qəbul edilməsi ilə bu sahədə yeni imkanlar açıldığı bildirilib.

Həmin islahatlar nəticəsində 803 mindən çox işsiz və işaxtaran şəxsin işlə təmin olunduğu, 52 min nəfərin peşə hazırlığına cəlb edildiyi, özünüməşğulluq proqramı çərçivəsində 100 minədək ailənin kiçik təsərrüfatlarını yaratdığı diqqətə çatdırılıb.

Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində əldə olunan mühüm irəliləyişlər barədə forum iştirakçılarına məlumat verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see314

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see201

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see172

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see159

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see148

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see142

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see139

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see134

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see133

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see132

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri