Özbəkistanda SOCAR, “Uzbekneftegaz”, “KazMunayQaz” və “Tatneft” arasında memorandumların reallaşdırılması müzakirə edilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Astana, 13 may, AZƏRTAC
Daşkənddə “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri Asxat Xasenov və “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Bahodirjon Sidikov arasında işgüzar görüş keçirilib. Görüş zamanı geoloji kəşfiyyat layihələrinin həyata keçirilməsi planları müzakirə edilib.
AZƏRTAC “KazMunayQaz”ın mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşün mövzusu, həmçinin 2025-ci il martın 5-də Azərbaycanın SOCAR, Qazaxıstanın “KazMunayQaz” SC, Tatarıstanın “Tatneft” PJSC və Özbəkistanın “Uzbekneftegaz” ASC arasında rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında memorandumların müddəalarının həyata keçirilməsi üzrə gələcək addımlar olub.
Xatırladaq ki, bu ilin mart ayında SOCAR, “KazMunayQaz” SC, PJSC “Tatneft” və “Uzbekneftegaz” ASC-nin nümayəndələri “Rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi” sahəsində dördtərəfli əməkdaşlıq memorandumları imzalayıblar. Sənədlər rəqəmsal həllərin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsini, o cümlədən texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 13 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















