Özbəkistanda təlim zamanı partlayış olub, Milli Qvardiyanın 10 hərbiçisi xəsarət alıb
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Özbəkistanda təlim zamanı xoşagəlməz hadisə baş verib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, "Özbəkistan Respublikasının Milli Qvardiyası haqqında” qanunun tələblərinə uyğun olaraq, Milli Qvardiyanın şəxsi heyətinin daimi döyüş hazırlığının təmin edilməsi və onların hazırlığının dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində cari il sentyabrın 10-da Nukus səhra poliqonunda praktiki məşğələ təşkil olunub.
Təlim zamanı məşq üçün nəzərdə tutulmuş xüsusi partlayıcı qurğunun detonasiya şnurunun işə salınması nəticəsində kiçik partlayış baş verib.
Təlim iştirakçılarından 10-a yaxın hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara vaxtında ilkin tibbi yardım göstərilib və görülən zəruri tədbirlər nəticəsində hazırda sağalmaları davam edir.
Yaranmış vəziyyətlə bağlı xidməti sorğu təyin edilib, hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır.
Süleyman
Bu mövzuda digər xəbərlər:ABŞ seçkilər zamanı Milli Qvardiyanın köməyindən istifadə edəcək
05 Noyabr 2024 01:09
Milli Qvardiyanın hərbçiləri güllələndi Trampdan reaksiya
27 Noyabr 2025 01:14
Milli Qvardiyanın komandanı postundan azad edildi
16 Dekabr 2025 13:59
Kaluqada müəllim milli qvardiyanın beş avtomobilini yandırıb
13 May 2025 21:22
Rusiyada çaxnaşma: Milli Qvardiyanın rəisi Osetiyada saxlanıldı
29 Sentyabr 2025 20:45
Baxış sayı:33
Bu xəbər 11 Sentyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















