Özbəkistanın tanınmış jurnalistləri “Yeni Çağ” Media Qrupunu ziyarət etdi FOTO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Özbəkistanın tanınmış jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda rəsmi səfəri çərçivəsində "Yeni Çağ” Media Qrupunu ziyarət edib.
AZXEBER.COM xəbər verir ki, ziyarətə Özbəkistan İttifaqları Federasiyasının sədr müavini, "Vətən” qəzetinin baş redaktoru, Özbəkistan Dövlət Ali Məclisinin Senatının üzvü Husan Ermatov, Özbəkistan Jurnalistlər İttifaqının sədri Halmurad Salimov, özbək şairi Şuhrat Arif "Yeni Çağ” Media Qrupunun redaksiyasının qonağı olublar.
Qonaqları "Yeni Çağ” Media Qrupunun təsisçisi və baş direktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər qarşılayıb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında media əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasında media sahəsində əməkdaşlıq və inkişaf məsələləri müzakirə edilib.
Görüşdə həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli də iştirak edib.
Qeyd edək ki, sözügedən görüş iki ölkə arasında media sahəsində daha sıx əlaqələrin qurulmasına və gələcək əməkdaşlığın inkişafına töhfə verəcək.
Sonda nümayəndə heyəti ilə birgə xatirə fotosu çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Dekabr 2024 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















