Icma.az
close
up
RU
Özbəkistanlı bankirin Paris dəhşətləri VİDEO

Özbəkistanlı bankirin Paris dəhşətləri VİDEO

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az Fransanın “Le Monde” nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı bankir iyunun 23-də Parisin dəbdəbəli ərazisində oğurlanaraq Nitsa yaxınlığındakı villanın zirzəmisinə aparılıb. Orada döyülən və zorakılıqla hədələnən bankir fidyə ödədikdən sonra sərbəst buraxılıb.
Parisdəki “Hôtel-Dieu” xəstəxanasının həkiminin dediyinə görə, Olimov çoxlu qançır və xəsarətlər alıb. Yuxusuzluqdan və daimi səkəsəkədən şikayətlənirdi.
“Olimov Parisə fransalı tərəfdaşlarla danışıqlar aparmaq və daşınmaz əmlakın alınması ilə bağlı sövdələşməni rəsmiləşdirmək üçün gəlib. Faktla bağlı “bir qrup şəxs tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə” maddəsi ilə cinayət işi açılıb, bir nəfər saxlanılıb”, - qəzet yazır.
“Qazeta.uz” nəşrinin Özbəkistanın bank sistemindəki mənbəsi oğurluq faktını təsdiqləyib. Anorbank hadisə ilə bağlı rəsmi açıqlama verib: “Bu iş şəxsi, qeyri-korporativ xarakter daşıyır və bankın əməliyyat fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.
“Le Monde” qəzeti 48 yaşlı Olimovun oğurlanması və azadlığa buraxılmasının xronologiyasını təqdim edib. Bankir iyunun 21-də İstanbuldan keçməklə Daşkənddən İstanbuldan Parisə uçub. Ertəsi gün o, barlardan birində özünü Anastasiya kimi təqdim edən qızla tanış olub. Əynində “Louis Vuitton” pencəyi və “Tiffany” qolbağı olan qız gözəllik salonunda işlədiyini deyib.
İyunun 23-də Anastasiya bankirə məktub yazıb və onu restoranda nahar etməyə razı salıb. Görüşdən bir neçə dəqiqə sonra Olimovu “atletik bədən quruluşlu, qalın saqqallı və çeçen ləhcəsi güclü olan” üç kişi tutub. Bankir qızdan polisə zəng vurmasını xahiş etsə də, o, buna məhəl qoymayıb.
Hündür hasarlı fərdi evə gətirilən Olimov orada hansısa “qanuni oğru”nu və keçmiş biznes ortağının sağ əlini tanıyıb. “Qanuni oğru” bankirin ona 10 milyon dollar borcu olduğunu bildirib.
Oğurlanmış bankir üç saat döyülüb və səhnələşdirilmiş asılmaya məruz qalıb. Daha sonra Nitsadakı villanın zirzəmisinə aparılan Olimovu barmağını kəsməklə, zorlanmaqla hədələnib. Həmçinin, onun yarıçılpaq halda videosunu çəkərək, “bütün əməllərinə görə” bağışlanma diləməyə məcbur ediblər.
Bütün bunlardan sonra Olimov 5 milyon dollar borca barədə qəbz imzalayaraq sürücüsünün vasitəsilə Daşkəndə 200 min dolları köçürüb. Nəticədə sərbəst buraxılan bankir Parisə gələrək polislə əlaqə saxlayıb.

Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri