Özbəkistanlı general Xocavənddəki hərbi təlimlərdən danışdı
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçuları arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir".
Moderator.az xəbər verir ki, bunu Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov Xocavənddə baş tutan "Birliyin Gücü - 2026" birgə hərbi təlimində fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, hərbi əməkdaşlığın əsasını Azərbaycan, Özbəkistan və Türkiyə prezidentlərinin, Silahlı Qüvvələrin Ali Baş Komandanlarının siyasi iradəsi təşkil edir:
"Bugünkü təlimdə hərbi qulluqçular yüksək döyüş hazırlığı, peşəkarlıq, nizam-intizam, çeviklik, həmçinin müasir silah və texnikadan istifadə bacarıqlarını nümayiş etdirdilər".
"Təlim hərbi qulluqçular arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, operativ hazırlığın və birgə fəaliyyət imkanlarının artırılmasına şərait yaradır. Döyüş təcrübəsinin qarşılıqlı şəkildə bölüşdürülməsi üçün belə imkanların yaradılması mühüm əhəmiyyət daşıyır. Əminəm ki, hərbi qulluqçular bu təlimlərdən böyük döyüş təcrübəsi qazanırlar"- deyə nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 01 Oktyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















