Icma.az
close
up
RU
Özbəklərdə dünyaya məlum olmayan genetik mutasiyalar aşkar edilib

Özbəklərdə dünyaya məlum olmayan genetik mutasiyalar aşkar edilib

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özbəkistan Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında Qabaqcıl Texnologiyalar Mərkəzinin alimləri ölkə tarixində insan genomunun ilk dərin tədqiq və təhlilini aparıblar.
Bizim.Media xəbər verir ki, araşdırma nəticəsində özbəklərdə əvvəllər dünyaya məlum olmayan onlarla yeni gen mutasiyaları müəyyən edilib.
Alimlərin əldə etdiyi məlumatlar beynəlxalq məlumat bazasına daxil olunub.
Testlər tədqiqatda hər ikinci uşaqda irsi mutasiya olduğunu göstərib. Məlum olub ki, xəstəliyə meyl genetik yolla ötürülür. Ən qorxulusu isə odur ki, uşaqların 86 faizinin azı bir “şikəst” genin daşıyıcısı olduğu aşkarlanıb. Bu rəqəm beynəlxalq normadan iki dəfə yüksəkdir.
Alimlər bu vəziyyəti bəzi bölgələrdə qohumlar arasında nikahların nisbətinin yüksək olması ilə izah edirlər. Məsələn, bəzi regionlarda belə nikahlar bütün nikahların dörddə birini təşkil edir.
Bu vəziyyət təkcə irsi xəstəliklər üçün deyil, həm də gələcək nəsillərin ümumi sağlamlığı üçün ciddi nəticələrə səbəb ola bilər. Alimlər qeyd ediblər ki, genetik mutasiyalar təkcə nadir irsi xəstəliklərin deyil, həm də şəkərli diabet, ürək-damar və onkoloji kimi geniş yayılmış xəstəliklərin inkişaf riskini artırır. Ona görə də bu xəstəliklər nəinki artmaqdadır, həm də gənc nəsil arasında baş vermə ehtimalı yüksəkdir.
Buna görə də alimlər nikahdan əvvəl cütlüklərin genetik müayinəsinin aparılmasının, uşaqların erkən müayinə və profilaktika proqramlarına cəlb edilməsinin vacibliyini vurğulayırlar. Bunun xəstəliklərin erkən aşkarlanması və düzgün müalicəsinə imkan verəcəyi vurğulanıb.
Tədqiqat bir çox vacib məsələləri üzə çıxarıb.
Yoxlanılan xəstələrin yarıdan çoxunda dəqiq genetik diaqnoz qoyulub ki, bu da həkimlərə düzgün müalicə metodunu seçməyə imkan verib.
Müəyyən edilmiş mutasiyaların təxminən üçdə biri əvvəllər dünya elmində qeydə alınmayıb və beynəlxalq məlumat bazalarına daxil edilməyib. Həmçinin, bəzi uşaqlarda eyni vaxtda bir neçə irsi xəstəliyin əlamətləri aşkar olunub. Bu vəziyyət ölkədə qohum nikahlarının yüksək olduğunu bir daha təsdiqləyir.
“Özbəkistanın 1000 Genomu” layihəsi əhalinin genetik xəritəsini yaratmaq və milli biobank yaratmaq məqsədi daşıyır.
Xatırladaq ki, ilin əvvəlindən Özbəkistanda 155 azyaşlı qız ərə verilib. (teleqraf.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Oktyabr 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri