Icma.az
close
up
RU
Özcan Deniz azadlıqda Həbsdə qalanın taleyi necə olacaq? YENİLƏNİB

Özcan Deniz azadlıqda Həbsdə qalanın taleyi necə olacaq? YENİLƏNİB

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılan şəxslərlə bağlı yeni qərar açıqlanıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, narkotik və fahişəliklə bağlı aparılan istintaq çərçivəsində saxlanılan müğənni Ceylan Kaya barəsində həbs qərarı çıxarılıb.

O, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham edilərək həbsxanaya göndərilib.

Aralarında məşhur aktyor və müğənni Özcan Denizin də olduğu 9 nəfər isə məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb.

Azadlığa buraxılan şəxslərin siyahısını təqdim edirik:

Özcan Deniz, Burcu Özberk, Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, Deniz Çakır Baykal, İbrahim Yılmaz və Onur Yüksel.

Həmin şəxslərin ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilmiş, onlardan 24-ü saxlanılmışdı.

İstintaq davam etdirilir.

***

25 noyabr

Saat 16: 35

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı ilə bağlı yeni məlumat yayılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan 24 nəfərin polis idarəsindəki prosedurları başa çatıb.

Onlar tibbi müayinədən keçirildikdən sonra məhkəmə binasına aparılıblar.

Saxlanılanlar arasında Özcan Deniz, Deniz Çakır, Burcu Özberk, Murat Ceylan, Cansu Taşkın, Murat Başoğlu və digər tanınmış simalar da var.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib.

Əməliyyat şahid ifadələri, ələ keçirilən mobil telefonlar və rəqəmsal materiallar üzərində aparılan ekspertizaların nəticələri, eləcə də gizli şahidlərin ifadələri əsasında həyata keçirilib.

Narkotik vasitələrdən istifadə etməkdə və ya onları saxlamaqda şübhəli bilinən digər 11 nəfərin axtarışı davam etdirilir.

Hələlik məhkəmə binasına aparılan şəxslər barəsində hansı qərarın veriləcəyi məlum deyil.

***

12:48

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılanların sayı artıb.

Lent.az Türkiyənin mediasına istinadən xəbər verir ki, “İşte Benim Stilim” yarışması ilə tanınan Özden Cerrahoğlu da saxlanılıb.

Bununla da saxlanılanların sayı 24-ə çatıb.

Barələrində saxlanılma qərarı verilən digər 11 nəfərin axtarışı davam etdirilir.

Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra narkotik testinə cəlb ediliblər. Müvafiq prosedurlar başa çatdıqdan sonra onların prokurorluğa göndərilməsi gözlənilir.

***

10:02

Türkiyədə şou-biznes nümayəndələrinə qarşı narkotik vasitələrlə bağlı keçirilən əməliyyatların yeni dalğası başlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib.

Saxlanılanlar arasında məşhur müğənni və aktyor Özcən Dəniz, aktrisalar Burcu Özberk və Dəniz Çakır, “Survivor” yarışmasının aparıcısı Murat Ceylan, rejissor Cem Karcı, aparıcı Murat Başoğlu və model Cansu Taşkın da var.

Prokurorluğun məlumatına görə, əməliyyat şübhəli şəxslərin ifadələri, şahidlərin açıqlamaları, mobil telefonlarda və digər rəqəmsal materiallarda aparılan ekspertizalar, eləcə də gizli şahidlərin ifadələri əsasında həyata keçirilib.

İstintaq ümumilikdə narkotik vasitələrin istifadəsi, saxlanılması, qanunsuz dövriyyəsi və fahişəliyin təşkili ilə bağlı araşdırmaları əhatə edir. Son əməliyyatda isə 35 nəfər narkotik vasitələrdən istifadə və ya onları saxlama şübhəsi ilə axtarılırdı. 
Saxlanılanların sayı 23-ə çatıb

Noyabrın 25-də yayılan son məlumata əsasən, ilkin olaraq 19 nəfərin saxlanıldığı bildirilsə də, sonradan onların sayı 23-ə çatıb.

Özcən Dənizin vəkilləri ilə birlikdə ifadə vermək üçün məhkəmə binasına gəldiyi də bildirilir. Sənətçi ifadəvermə proseduru başa çatdıqdan sonra açıqlama verəcəyini deyib. 
Əməliyyat çərçivəsində saxlanılanların tam siyahısı:

Dəniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Dəniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcən Dəniz, Saghar Shojaei, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayadan, Seher Grothe Sevdişan, Murat Başoğlu, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın və Muammer Kapucuoğlu.

Qeyd edək ki, Türkiyədə məşhurlara qarşı narkotik vasitələrlə bağlı silsilə əməliyyatlar 2025-ci il oktyabrın 8-dən davam edir.

Saxlanılan şəxslərin təqsiri hələ məhkəmə qaydasında sübuta yetirilməyib. İstintaq davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Noyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri