Icma.az
close
up
RU
Özdemir Tokeldən Azərbaycan mediasına ziyarət: “Media, qardaşlığın səsi olmalıdır”

Özdemir Tokeldən Azərbaycan mediasına ziyarət: “Media, qardaşlığın səsi olmalıdır”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstelin Azərbaycan səfəri çərçivəsində Bakıda olan Bayraq Radio Televiziya Qurumu (BRTK) İdarə Heyətinin sədri cənab Özdemir Tokel, Azərbaycanın aparıcı media qurumlarına nəzakət ziyarətləri həyata keçirib.

Bakutel TV, Telegraf Agentliyi və ARB Media Qrupu kimi ölkənin tanınmış media orqanlarında keçirilən görüşlərdə iki qardaş ölkə arasında media əməkdaşlığını gücləndirməyə yönəlik atıla biləcək konkret addımlar müzakirə olunub. Görüşlər zamanı ortaq yayım layihələri, qarşılıqlı kontent mübadiləsi və media sahəsində inkişaf etdiriləcək yeni əməkdaşlıq mexanizmləri gündəmə gətirilib.

Ziyarətdən sonra açıqlama verən Özdemir Tokel, media əməkdaşlığının yalnız qurumlar arasında deyil, xalqlar arasında da bağların möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq bunları bildirib:

“Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı münasibətlər sürətlə inkişaf edir. Lakin media sahəsi bu inkişafın bir qədər gerisində qalmışdı. Buna görə də mədəni və ictimai bağlarımızı daha da gücləndirmək, xalqlarımızı bir-birinə yaxınlaşdırmaq baxımından media ən strateji vasitələrdən biridir. Atdığımız bu addım səmimi və davamlı bir başlanğıc xarakteri daşıyır.”

Tokel eyni zamanda ŞKTC Baş naziri cənab Ünal Üstelin və Kipr Türk xalqının gördüyü diqqət və yaxın münasibətə görə Azərbaycan mediasına təşəkkür edərək belə deyib:

“Hörmətli Baş nazirimizə və Şimali Kipr Türk xalqına göstərdiyiniz isti münasibət bizim üçün son dərəcə qiymətlidir. Bu səmimi diqqət qardaşlığımızın media vasitəsilə daha da görünən hala gəlməsinə mühüm töhfə verir.”

Tokel həmçinin qeyd edib ki, AzTV, AZƏRTAC, İTV, Bakı TV və Telegraf Agentliyi tərəfindən keçirilən xüsusi müsahibələr sayəsində Baş nazir Ünal Üstelin Kipr Türk xalqının haqlı mübarizəsini, Şərqi Aralıq dənizindəki strateji baxışını və ŞKTC-nin Türk dünyasındakı mövqeyini Azərbaycan ictimaiyyətinə və beynəlxalq auditoriyaya çatdırmaq imkanı yaranıb:

“Bu yayımlar iki qardaş xalq arasında könül körpülərinin media vasitəsilə daha da möhkəmlənməsinə önəmli töhfələr verir.”

Ziyarətlərin sonunda tərəflər media diplomatiyasını institusional səviyyəyə qaldırmaq və davamlı əməkdaşlıqları inkişaf etdirmək istiqamətində qarşılıqlı iradə nümayiş etdiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 İyun 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see200

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see129

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see128

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see119

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri