Özəl bağçalarda 12 min uşağın təhsil haqqına dövlət ödəyəcək
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gələn il valideyn-dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində 12 min uşağın məktəbəqədər təhsilə cəlb edilməsi planlaşdırılır.
Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu məqsədlə növbəti il üçün 37,5 milyon manat vəsait nəzərdə tutulub. Artıq 8 min uşaq həmin modelə cəlb edilib.
Mexanizmə əsasən, özəl məktəbəqədər təhsil müəssisələrində uşaqların təhsil haqqının 70 faizi dövlət tərəfindən ödənilir. Nazir müavini aylıq ödəniş üçün Bakıda 300–350 manat, regionlarda isə 250 manat həddinin müəyyənləşdirildiyini bildirib.
2030-cu ilədək bu model vasitəsilə 30 min uşağın əhatə olunması hədəflənir. Təşəbbüsün tam reallaşdırılması nəticəsində 6 min nəfər üçün məşğulluq imkanının yaranacağı proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 13 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















