Icma.az
close
up
RU
Özəl klinikalara yol bağlanır? Professordan AÇIQLAMA

Özəl klinikalara yol bağlanır? Professordan AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı baş verən dəyişiklikdən sonra özəl klinikalara sığorta göndərişlərinin verilməsinin dayandırıldığı bildirilir. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilir. Belə ki, dövlət tibb müəssisələrinə müraciət edən xəstələrə həkimlər tərəfindən bildirilir ki, onalara verilən tapşırığa əsasən özəl klinikalara göndəriş verilməyəcək. Dövlət xəstəxanalarında müasir tibbi avadanlıqların və xidmət imkanlarının məhdud olduğu bir şəraitdə bu qərarın xəstələrin keyfiyyətli tibbi xidmətə çıxışına təsirini məhdudlaşdırmırmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, icbari tibbi sığortada vətəndaşın seçim hüququ olmur:

"Yəni burada müraciət edilir və icbari tibbi sığorta növbəlilik əsasında xəstəni boş olan vakant yerlərə, deyək ki, onun nəzarətində 10 MRT varsa, 10 klinikadan birinə yönləndirir və xəstə də gedib orada müayinə olunur. Qalan bütün hallar, plandan kənar müraciətlər ödənişli olur. Buna görə də burada vətəndaşın seçim hüququnun məhdudlaşdırılmasından söhbət gedə bilməz. Amma seçilən, təyin edilən bütün MRT aparatları, yəni klinikalar kompetent olmalıdır. Çünki özəl klinikalara dövlət lisenziya verir, lakin bəzi hallarda aparatların imkanları və daha müasir olması məsələsi də nəzərə alınmalıdır. Onsuz da icbari tibbi sığorta bu sahəyə vəsait ayırır və ilk növbədə bu amil diqqətə götürülməlidir. Sonra mən düşünürəm ki, mümkün olan qədər özəl klinikaların imkanları bu işə səfərbər olunmalıdır. Çünki özəl klinikalar da vergi ödəyən subyektlərdir və dövlətin lisenziyası əsasında fəaliyyət göstərirlər. Onların da yaşaması və işləməsi üçün bu vacibdir. Bu baxımdan özəl klinikaların potensialından icbari tibbi sığortanın istifadə etməsi daha məqsədəuyğun olar və hesab edirəm ki, belə də olmalıdır. İcbari tibbi sığortada işi planlaşdıran şəxslər növbə sistemini qurmazdan əvvəl xəstəxana və klinikaların, eləcə də tələbat üzrə ayrı-ayrı diaqnostik müayinələrin əvvəlki illərin göstəricilərinə əsasən potensialını, say imkanlarını müəyyən etməlidirlər ki, sonradan sıxlıq, çətinliklər və digər problemlər yaranmasın".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri