Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

Saqqızı udsanız bədəninizə nə baş verir?

Xərçəng xəstələrinin sayı 67% artacaq

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Özəl məktəblərdə əlyandıran qiymətlər QORXUNC STATİSTİKA

Özəl məktəblərdə əlyandıran qiymətlər QORXUNC STATİSTİKA

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yüksək məbləğlər və təhsil

Hazırda Azərbaycan orta ümumtəhsil seqmentində özəl tədris müəssisələrinin sayı o qədər də çox deyil. Son rəsmi açıqlamalara görə ölkədə ümumilikdə 32 özəl məktəb (lisey) fəaliyyət göstərir.

Doğrudur, onların da müxtəlif sayda və müxtəlif məkanlarda filialı olanı, yalnız bir korpusla  fəaliyyət göstərəni olsa da, marka olaraq bu rəqəm yalnız 32-dir və onlardan yalnız biri paytaxtdan kənarda yerləşir.

Cəmiyyətdə özəl məktəblərlə bağlı artıq  öz şüuraltı təsdiqini tapmış iki düşüncə mövcuddur: 1) yüksək keyfiyyətli təhsil; 2) həmin keyfiyyətdə ölçülən, bəzən isə onun da fövqündən kənara çıxan yüksək təhsil haqqı..

Bu gün Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərin təyin etdiyi illik təhsil haqqı nəinki əksər, hətta bütün ali təhsil müəssisələrimizin ən güclü ixtisaslarında oxuyan tələbələrin analoji məqsədlə ödədiyi summadan dəfələrlə aşağıdır. Belə ki, hazırda ölkədəki özəl təhsil müəssisələrinin illik təhsil haqqıları   3000-44000 AZN arasında dəyişir. Fantastik rəqəmə mütləq bir əlavə edək: ən yüksək təhsil haqqı alan özəl məktəblərin sayı hələlik cəmi bir neçədir. 32 tədris müəssisəsinin böyük əksəriyyətinin təyin etdiyi məbləğ isə 3-18 min AZN aralığında dəyişir. Mövcud sosial reallığı nəzərə alsaq, illik 18 min AZN məbləğinin də həddindən artıq yüksək olduğunu deyə bilərik. Amma təhsil haqqıları ilə bağlı konkret dəyərləndirmə aparsaq, bu da doğru olmaz. Çünki hər özəl tədris müəssisəsində olmasa da, böyük əksəriyyətində bu summa valideynə təqdim olunan və onun seçimi əsasında formalaşan xidmətlər paketinə görə dəyişir. Məsələn, valideyn xidmətlər paketindən nəqliyyat-avtobus servisini, qidalanmanı, əlavə dərnək və məşğələləri, eləcə də digər detalları çıx-daş etsə, büdcəsinə xeyli qənaət etmiş olar. Göstərilən məbləğ bir özəl tədris müəssisəsinin xidmətlər paketini bütünlüklə əhatə edən maksimal rəqəmlərdir. Məsələn, bir özəl tədris müəssisəsi illik təhsil haqqı olaraq 15 min AZN məbləği göstəribsə, deməli, bu summaya məktəbdaxili bütün xidmətlər-qidalanma, sağlamlıq, idman, əlavə məşğələlər və s. daxildir.

Həmçinin, qəbul prosesi zamanı bugün valideynə  təklif edilən xidmətlər paketinin kəmiyyət və keyfiyyəti, əvvəlki illərin qəbul imtahanı,  beynəlxalq fənn olimpiadaları, eləcə də digər ciddi müsabiqələrin nəticələri özəl təhsil müəssisələrindəki illik təhsil haqqını nizamlayır.

Qiymətə təsir edən digər nüanslar

Bu da hələ son deyil. Bir özəl məktəb daxilində illik təhsil haqqını nizamlayan başqa bir meyar isə tədris dilidir. Təhlillərə əsasən demək olar ki, bütün özəl müəssisələrdə tədrisi ingilis dilində olan bölmələrin təhsil haqqısı, tədrisi ana dilində olan bölmələrdən daha yüksəkdir. Bunu həmin bölmələrdə dərs deyən xarici müəllim və aparılan beynəlxalq tədris proqramı ilə də əlaqələndirirlər. Amma məsələnin bir başqa görünməyən tərəfi də var: bilirik ki, özəl təhsil müəssisələrində təhsil alanların böyük əksəriyyəti ali təhsil almaq üçün xaricə üz tutur. Elə onların orta təhsilinə bu kimi müəssisələrdə yüksək pul xərcləyən valideynlərinin də əsas məqsədi məhz budur. Elə olduğu təqdirdə, onların ingilis dilində tədris almaları  və beynəlxalq proqramları mənimsəmələri əsas şərtdir. Bu səbəbdən iqtisadiyyatın ana qanunu olan “tələb-təklif” prinsipi işə düşür və nəticədə ingilisdilli bölmələrdə təhsil alan şagirdlərin valideynləri daha çox pul xərcləməli olurlar.

Həmçinin illik xərclər təhsil səviyyələrinə görə də müəyyən olunur. Bir çox özəl məktəblərdə təhsil yaş dövrünə uyğun olaraq 3 səviyyə üzrə təşkil olunur: ibtidai (1-IV), ümumi orta (V-IX) və tam orta (V-XI). İbtidai tədris səviyyəsi üzrə təqdim olunan təhsil haqqıları digər iki səviyyədən daha aşağıdır.

Aşağıda təqdim olunan cədvəldə hər üç səviyyə üzrə minimal və maksimal təhsil haqqıları öz əksini tapıb.

Təhsil səviyyəsi

 Minimal     məbləğ

Maksimal məbləğ

İbtidai

3000 AZN

16950 AZN

Ümumi orta

5000 AZN

43673 AZN

Tam orta

5500 AZN

19890 AZN

Müqayisə üçün deyək ki, Azərbaycan ali təhsil müəssisələrində (dövlət və özəl) ən yüksək illik təhsil haqqıları 6000-8000 AZN aralığında dəyişir.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır: özəl məktəblərin bir çoxu illik təhsil haqqında müəyyən güzəştli endirimlər də edirlər.  Güzəştlər bir neçə meyar əsasında aparılır. İldə bir (bəzi hallarda iki) dəfə daxili imtahan keçirərək şagirdlərin nəticələrinə uyğun olaraq endirimlər edirlər. Güzəşt imtahanlarının nəticələrinə uyğun olaraq şagirdlər 10-15, bəzi yerlərdə isə 20% -dək endirim əldə edə bilirlər.

Üstəlik, bir ailədən iki və daha artıq şagird məktəbə gəldiyində valideynlər üçün müəyyən güzəştlər edilir. Şəhid və qazı ailələrindən olan uşaqlara edilən güzəştləri də xüsusi vurğulamaq lazımdır.

Lakin yenə də tədrisi yalnız ingilis dilində olan özəl məktəblərin təhsil haqqıları tədrisi ana dilində (yaxud, hibrid) olan məktəblərdən müəyyən qədər fərqlənir. İkinci cədvəldə tədrisi yalnız ingilis dilində olan özəl məktəblərdən bir neçəsinin illik təhsil haqqılarını təqdim edirik:

 İngilisdilli özəl məktəblər

 İllik təhsil haqqıları

 Landau Scholl

5500-5800 AZN

 “Sabis Sun” Beynəlxalq Məktəbi

17000 AZN

“Baku Oksford Scholl”

17000 AZN

Avropa-Azərbaycan Məktəbi

17150 AZN

Oxbridge Academy

15470-18890 AZN

QEYD: Cədvəl cebheinfo.az, musavat.az və banko.az media resurslarının təqdim etdiyi rəqəmlər əsasında hazırlanıb.

Özəl məktəblərin üstünlükləri

Qiymət göstəriciləri ilə narazılıqlar özəl məktəblərin tədris keyfiyyətinin yüksək olması, orada oxumağın xüsusi üstünlükləri ilə bağlı düşüncələrə xələl gətirmir. Bu reallıq əsasən də övladları özəl tədris müəssisələrində oxuyan valideynlər tərəfindən xüsusilə qabardılır. Sorğu nəticələrinə əsasən, onların bir çoxu illik təhsil haqqılarından narazı olsalar da, övladlarını qətiyyən oradan uzaqlaşdırıb standart təhsil müəssisələrinə yazdırmaq istərmirlər.

Özəl məktəblərin müsbətlərini əks etdirən bir neçə xüsusi detal:

1.Özəl məktəblərdə şagirdə fərdi yanaşma hər zaman ön plandadır. Burada hər hansı şagirdin diqqətdən kənarda qaldığını, tədris və təlim baxımından “kölgədə süründüyünü” demək olmaz. Bu, sadəcə mümkün deyil;

2.Özəl məktəblərdəki sırf tələb olunan kurrikulumun məzmun standartlarına uyğun dərslərin təşkili və bunun şagirdlərdə həm şəxsiyyətyönümlü formalaşma, həm də onların repetitor xidmətlərindən azad olmasında müstəsna rolu. Yəqin ki, özəl məktəblərdə şagirdlərin əhəmiyyətli hissəsinin repetitor xidmətindən istifadə etmədiyini bilirik. Çünki istisna halları çıxsaq, oradakı böyük şagird auditoriyasının buna sadəcə ehtiyacı yoxdur;

3.Dünyanın bir çox nəhəng təhsil ölkələrində tətbiq olunan beynəlxalq əsaslı modern-innovativ təhsil proqramlarının alınması və dərslərin onların əsasında təşkili. Əmin ola bilərsiniz ki, bu proqramdan “çıxmış” şagirdlər digər həmyaşıdlarından təfəkkür və yanaşmalarına görə xeyli fərqlənir;

4.Beynəlxalq imtahan proqramlarının alınması və bununla da şagirdlərə məktəbi bitirəndən sonra birbaşa xaricdə təhsil almaq imkanının yaradılması;

(Doğrudur, bu punktdan bütün özəl məktəblər yararlanmır. Aralarında ən yüksək təminatlı özəllərdə bu imkanlar sunulur;)

5.Qidalanma, idman, sağlamlıq, hobbi, əyləncə və özünüinkişafla bağlı keyfiyyətli xidmətin təşkili.

Siyahını təbii ki, uzatmaq da olar.  Lakin özəl məktəblərin ən uğurlu tərəflərindən biri, bəlkə də ən birincisi şagirdi repetitor asılılığından xilas etməsidir. Əvvəlcə onu deyək ki, bu kimi məktəblərdə təhsil alanların bir çoxu DİM xətti ilə deyil, beynəlxalq imtahan proqramları əsasında müsabiqələrdə iştirak edərək xaricə üz tuturlar. Təhsil aldıqları müddətdə bu proqramları mənimsədikləri üçün isə əlavə hazırlığa qəti ehtiyac olmur. DİM xətti ilə yerli universitetlərə qəbul olunmaq istəyənlər isə nadir hallarda əlavə repetitor xidmətinə ehtiyac duymuş olurlar. Burada bir pərdəarxası məqam üzə çıxır: Sıravi Azərbaycan ailəsi övladının oxuduğu ümumi standartlı məktəblərdə artıq IX sinifdən (bəzi hallarda daha tez) başlayaraq repetitor hazırlığına il ərzində ümumilikdə təxmini 10 min AZN-dən çox vəsait xərcləyir. 3 il ərzində (IX-XI siniflər) bu məbləğin təxmini 30.000 AZN olacağını düşünsək,bir valideyn üçün özəl və dövlət məktəbinin xərclər smetası çox da fərqlənmir... Sadəcə, valideyn birində könüllü olaraq sərfiyyata gedir, digərində isə məcburiyyət qarşısında qaldığı üçün bunu edir.

Özəl tədris müəssisələrinin mənfi tərəfləri:

1.Təhsil haqqılarının real bazar şərtlərindən üstün olması;

2.Əlçatanlılığının olmaması; (Bu, onları dövlət məktəblərinə məğlub etdirən əsas meyardır);

3.Güzəştlər paketinin qənaətliliyi;

4. Standart məktəblərdə oxuyan şagirdlər üçün hər hansı əlavə layihələrin az hallarda həyata keçirilməsi;

5.Bu tipli müəssisələrin təşkil etdiyi dərsdənkənar məşğələ və əlavə hazırlıqlarda kənar şagirdlərin iştirak edə bilməmələri. (Məsələn, dövlət məktəbində oxuyan hər hansı şagird özəl məktəblərin xüsusi imkanlarında ödəniş əsasında istifadə edərək boşluqları müəyyən qədər doldura bilər)

6.Müəllimlərin işə imtahanla qəbulunda qeydiyyat zamanı ödənişin tələb olunması. (bu, təbii ki, hər özəl məktəbə aid deyil. Amma ödənişli qəbul aparan bəzi özəl məktəblərlə bağlı müəllim narazılığı da az deyil)

Özəl məktəblər və psixoloji baryer

Bütün bunlar – həm müsbət, həm də  mənfi tərəflər – öz növbəsində bir sualı hər zaman aktual saxlayır: Yəni real bazar qiymətləri ilə tələb olunan məbləğ arasındakı fərq niyə bu qədər çox olmalıdır? Sıravi vətəndaş olaraq bu sualı ünvanlayan hər kəsi özünə görə haqlı hesab etmək olar.

Bugün bir çox özəl təhsil müəssisələrinin təklif etdiyi xidmətlər həddindən artıq bahadır. Amma bir başqa reallıq isə həmin təhsil müəssisələrinə olan valideyn müraciəti axınıdır. Gerçəklik budursa, o zaman biz niyə özəl təhsil müəssisələrindən şikayətlənib, onların illik təhsil haqqılarından giley edirik?! Bunun bir əsas  səbəbi sırf psixoloji baryer, insanlarda övladının gələcəyi, təhsilinin inkişafı ilə bağlı narahatlıq və bunun onun maddi imkanı ilə uyğunluq təşkil etməməsidir. Hazırda hər kəs övladının daha keyfiyyətli,  daha modern standartlara cavab verən bir təhsil müəssisəsində oxumasını istəyir. Bu, onun mənəvi haqqı, valideyn gözləntisidir. Amma yuxarıda da yazdığımız kimi, bu cür müəssisələrin də sayı az, illik təhsil haqqısı çox yüksək, müraciət axını isə tükənməz… Nəticədə, övladının uğurlu təhsilini yalnız bu kimi təhsil ocaqlarında görən valideyn çar-naçar qalaraq, yeganə “çıxış yolunu” ancaq şikayətlənməkdə görür. Yoxsa, azad iqtisadiyyat, sahibkarlıq fəaliyyətin olduğu dövrdə heç bir özəl müəssisəni göstərdiyi xidmətə görə niyə yüksək maliyyə tələb etməkdə günahlandırmaq olmaz.

Deməli, burada əsas məsələ yenə də orta ümumtəhsil müəssisələridir. Çünki  sıravi məktəblərimizlə özəl müəssisələr arasında keyfiyyət, yanaşma,  nəticəlilik, modern tədris metodları, innovativlik  və s. kriteriyalar arasında olan çox güclü disbalans, uçurum qədər fərq valideyni hədsiz narahat edir.  O zaman əsas sual da belə qoyulmalıdır: dövlət məktəblərimiz özəllərə niyə və nədə uduzur? Bu barədə isə daha geniş təhlilləri təqdim edəcəyik.

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see617

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see418

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see282

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see281

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see279

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see270

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see265

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see263

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see247

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see238

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see235

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see228

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see227

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see226

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see210

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see209

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see206

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see184

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see184

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri