Icma.az
close
up
RU
Özəl pensiya fondları qocalığın təminatı, yoxsa yeni risklər?

Özəl pensiya fondları qocalığın təminatı, yoxsa yeni risklər?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda pensiya sistemində mühüm yeniliklər gözlənilir. Milli Məclisin iclasında müzakirə olunan qanun layihəsinə görə, ölkədə özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Bu addım vətəndaşlara gələcəkdə pensiya təminatında alternativ mexanizmlər və daha geniş seçim imkanları təqdim edəcək.

Bəs özəl pensiya fondları barədə qanun nə zaman təsdiqlənə bilər? Bu qanunun vətəndaşlara hansı zəmanəti var? Uzunmüddətli perspektivdə təsiri nə olacaq?

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev News24.az-a açıqlamasında bildirib ki, qanun layihəsi artıq hazırlanıb və hökumətdə razılaşdırma prosesi gedir.

“Yəqin ki, bu məsələ Milli Məclisin gələn il yaz sessiyasında müzakirəyə çıxarılacaq. Detalları barədə hələ geniş məlumat yoxdur, çünki hökumətdə müzakirələr davam edir. Özəl pensiya fondları vətəndaşların pensiya təminatında alternativ mexanizm rolunu oynayacaq və onlara ayrıca seçim imkanı verəcək”.

Komitə sədri əlavə edib ki, hazırda Azərbaycanda pensiya sistemi yalnız Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə icra olunur. Burada vətəndaşların əməkhaqlarının 25 faizi icbari sosial sığorta şəklində fonda yönəldilir və bu proses könüllü deyil, məcburidir:

"Özəl pensiya fondları isə vətəndaşlara əlavə olaraq öz seçimlərinə uyğun yığım və təminat imkanı verəcək. Dünyanın bir çox ölkəsində özəl pensiya fondları uğurla fəaliyyət göstərir və insanların sosial təminatında mühüm rol oynayır. Bu fondların Azərbaycanda qurulması üçün ilkin mərhələdə dövlət dəstəyinin vacibliyi qaçılmazdır. Əks halda, yeni fondların formalaşması və vətəndaşların inam qazanması çətin ola bilər. Dövlətin iştirakı həm sistemin dayanıqlığını, həm də şəffaf idarəçiliyini təmin edəcək”.

Deputat hesab edir ki, bu islahat uzunmüddətli perspektivdə pensiya sistemində dayanıqlığı artıracaq, vətəndaşlara daha rahat gələcək təminatı yaradacaq və ölkədə maliyyə bazarının inkişafına da müsbət təsir göstərəcək.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsinin hazırlanması, əslində, ölkənin sosial müdafiə və maliyyə bazarının inkişafı baxımından əhəmiyyətli addımdır:

"Dövlət pensiyası kifayət etmədikdə vətəndaş özəl fond hesabına daha rahat qocalıq təminatı əldə edə bilər. Maaşın müəyyən hissəsini indidən yığmaq uzunmüddətli maliyyə savadlılığını artırır. Bank əmanətlərindən fərqli olaraq, pensiya fondlarının yatırımları uzunmüddətli və daha gəlirli ola bilər. Fondlar topladıqları vəsaiti milli iqtisadiyyata yönəldərək iqtisadi inkişafı sürətləndirir".

Ekspert, həmçinin  vurğulayıb ki, fondlar lazımi qaydada idarə olunmasa, gözlənilən gəlirləri təmin etməyə bilər: 

"Düzgün idarə olunmadıqda fondların iflası və ya gəlirlərin gözlənildiyi kimi olmaması mümkündür. Eyni zamanda insanlar uzunmüddətli yığım sisteminə inam göstərməyə bilərlər. Əgər qanun layihəsi beynəlxalq təcrübə nəzərə alınaraq, şəffaf nəzarət mexanizmləri ilə qəbul edilərsə, özəl pensiya fondları həm vətəndaşlara əlavə sosial təminat, həm də ölkə iqtisadiyyatına uzunmüddətli maliyyə resursu gətirə bilər".

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see668

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see320

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see293

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see277

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see256

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see228

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see206

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see189

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see180

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see177

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see177

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see163

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see163

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see161

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see159

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see155

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see155

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri