Icma.az
close
up
RU
Özəl sektorda işləyənlərdə də maaş artacaq? AÇIQLAMA

Özəl sektorda işləyənlərdə də maaş artacaq? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Parlamentin minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılması ilə bağlı qərarı özəl sektor üçün ciddi yeniliklərin xəbərçisidir. Bu addım əmək bazarında daha çevik tənzimləmə mexanizminin formalaşmasına yol açır. İş dünyası artıq büdcə planlamasında yeni reallıqları nəzərə almalı olacaq. Çünki dövlətin bu qərarı birbaşa şirkətlərin maliyyə xərclərinə təsir göstərir. Özəl sektor nümayəndələri üçün bu dəyişiklik ilk növbədə əməkhaqqı fondu və ümumi xərclərlə bağlı hesablamaların yenidən qurulması deməkdir. Sahibkarlar artıq il ərzində minimum əməkhaqqında baş verə biləcək artım ehtimalını öncədən proqnozlaşdırmalıdırlar. Bu vəziyyət xüsusilə kiçik və orta biznes subyektlərindən maliyyə strategiyasını daha ehtiyatlı qurmağı tələb edir.
Bu barədə iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib. O deyib ki, minimum əmək haqqının hər il artırılması ümumilikdə pozitiv yanaşmadır:
“Lakin bunun əmək bazarına real təsiri o qədər də böyük olmur. Hazırda minimum əmək haqqı 400 manatdır. Bakı və Abşeron ərazisində bu məbləğə işləmək istəyənlərin sayı kifayət qədər məhduddur. Hətta minlərlə aşağımaaşlı vakansiya olsa da, insanlar bu işlərə müraciət etmirlər. Bu da müəyyən mənada anlaşılandır. Çünki 400 manatlıq əmək haqqının əhəmiyyətli hissəsi nəqliyyat və digər gündəlik xərclərə sərf olunur. Bu halda insanlar üçün həmin məbləğlə işləmək iqtisadi baxımdan cəlbedici görünmür. Ona görə də minimum əmək haqqının artırılması özlüyündə müsbət addımdır. Lakin onun əsas təsiri ondan ibarətdir ki, bu məbləğdən aşağı əmək haqqı vermək mümkün deyil nə özəl sektorda, nə də dövlət sektorunda. Minimum əmək haqqının artırılması özəl sektora birbaşa xərc artımı kimi təsir göstərir. Xüsusilə aşağı maaşla çalışan işçilərin çoxluq təşkil etdiyi sahələrdə sahibkarların əmək haqqı fondu artır və bu da ümumi xərclərin yüksəlməsinə səbəb olur. Kiçik və orta biznes subyektləri üçün bu artım daha həssas ola bilər”.
Həmçinin oxu:
'Sən arvad almamışdan öncə kiminsə arvadı idin'
'Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm'
'Bu il sizi soyacaqlar'
O bildirib ki, bəzi hallarda işəgötürənlər əlavə xərcləri kompensasiya etmək üçün qiymətləri artırır və ya işçi sayını optimallaşdırmağa çalışırlar:
“Digər tərəfdən, minimum əmək haqqının artması işçilərin motivasiyasına və alıcılıq qabiliyyətinə müsbət təsir göstərə bilər ki, bu da dolayısı ilə biznes dövriyyəsini artıra bilər. Buna görə də təsir həm xərclər, həm də tələbat baxımından ikitərəfli xarakter daşıyır. Eyni zamanda, minimum əmək haqqının artımı müəyyən dərəcədə qiymət artımına da təsir göstərən amilə çevrilə bilər. Minimum əmək haqqı və minimum pensiya artdıqda bazarda psixoloji gözləntilər formalaşır və bu da bəzi hallarda qiymət artımının sürətlənməsinə səbəb olur. Digər mühüm məsələ isə ondan ibarətdir ki, minimum əmək haqqı artdıqca dövlət sektorunda çalışan təxminən 800 min nəfərin DSMF-yə (Dövlət Sosial Müdafiə Fonduna) ödənişləri də avtomatik şəkildə artır. Qanunvericilikdəki bu birbaşa əlaqənin yenidən nəzərdən keçirilməsi məqsədəuyğun ola bilər ki, minimum əmək haqqının artımı geniş kütlə üçün əlavə maliyyə yükünə çevrilməsin”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri