Icma.az
close
up
RU
Özəl xəstəxanalarda niyə yoxlamalar aparılmır?

Özəl xəstəxanalarda niyə yoxlamalar aparılmır?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Ekspertlər deyir ki, bu məsələlər lisenziya ilə qaydaya salınmalı, akkreditasiya sistemi tətbiq edilməlidir.

“Müəyyən yoxlamaların ləğvinin bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olduğu hamımıza məlumdur”. Bunu deputat Rəşad Mahmudov Milli Məclisin  son plenar iclasında bildirib.

Deputat qeyd edib ki, bəzi özəl müəssisələr yoxlamaların olmamasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edir: “İstehlakçı hüquqlarının müdafiəsində probemlər yarandı. Saxta və standartlara cavab verməyən müəssisələrin çoxalmasını müşahidə edirik. Bu o demək deyil ki, ölkədəki bütün özəl tibb müəssisələrinin hər birində problemlər var. Ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəssisələrimiz var. Dünya təcrübəsindən də bilirik ki, özəl tibb müəssisələri həm də ölkələrdə ümumi tibbi keyfiyyətin artırılması üçün lokomotiv rolunu oynayır. Amma nəzarətsiz qalan bəzi tibb müəssisələrinin sui-istifadə edərək bu şəkildə addımlar atması ölkədə cəmiyyətlə tibb sahəsi mütəxəssisləri arasında uçurumların yaranmasına səbəb olur. Bu yoxlamaların dayandırılmasından sui-istifadə hallarının aradan qaldırılması üçün müzakirələrin aparılmasına, bəlli qayda və qanunların düzənlənməsinə ehtiyac var”.

Həftəsonu qadağası nəyi dəyişəcək? (Adil Qeybulla) - ARB24 (Gündəm)

Adil Qeybulla

Tanınmış həkim Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında bildirib ki, mülkiyyət formasından asılı olmayaraq, hər bir tibb müəssisəsi Azərbaycan qanunları ilə fəaliyyət göstərməlidir: “Çox təəssüflər olsun ki, müxtəlif gözəllik salonlarında, bəzi özəl klinikalarda lisenziya ilə verilmiş hüquq və imkanlardan kənar fəaliyyətlərlə məşğul olurlar.  Gözəllik salonlarında tibbi prosedurların, kosmetoloji işlərin aparılması tamamı ilə qadağandır, dünyanın heç yerində belə şey yoxdur. Hər bir özəl xəstəxana lisenziya ilə ona verilən tibbi fəaliyyət hüququ əsasında işləməlidir. Hər xəstəxanada doğuş, genişmiqyaslı reanimasiya tələb edən ürək əməliyyatı keçirilə bilməz. Lisenziyada bunlar nəzərdə tutulmayıbsa, deməli, həmin xəstəxana bu işlərlə məşğul olmamalıdır. Özəl klinikaların fəaliyyəti təftiş edilməlidir. Orada ixtisasına uyğun olmayan və yaxud da saxta sənədlə çalışan insanlar aşkarlanır. Bu məsələlər lisenziya ilə qaydaya salınmalı, akkreditasiya sistemi tətbiq edilməlidir”. 

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

İnvaziv ağrı mütəxəssisi, həkim Zülfüqar Yusifov “Yeni Müsavat”a mövzunu şərh edərkən deyib ki, özəl klinikaların fəaliyyəti Nazirlər Kabinetinin xüsusi qaydaları ilə tənzimlənir: “Özəl xəstəxana yaradılarkən onun bütün parametrləri Səhiyyə Nazirliyinə təqdim olunur. Nazirliyin 37 nömrəli təlimatı var, klinika onun əsasında yaradılır. Burada ayrı-ayrı şöbələrin, palataların qurulması üçün xüsusi tələblər var. Səhiyyə Nazirliyinin özəl qurumlara lisenziya verən şöbəsi tərəfindən mütəmadi olaraq əlaqə saxlanılır və onların tövsiyələri ilə bu işlər görülür. Sonda həmin şöbənin əməkdaşları tərəfindən hazırlıqlar dəyərləndirilir və işə başlamaq üçün lisenziya verilir. Onu da qeyd edim ki, lisenziya verilənədək klinikada çalışacaq kadrlar da sertifikasiyadan keçməlidirlər. Bu tələblər olmasa, "ASAN xidmət" tərəfindən müraciət sənədləri götürülmür. Özəl klinikada mütəmadi yoxlamaların olması da işə fayda verən məsələ deyil. Çünki özəl klinikaların özlərinin daxili qaydaları var. Qanunvericilikdə də vaxtaşırı yoxlamalarla bağlı göstəriş yoxdur.

Əlbəttə ki, fəaliyyət dövründə kənaraçıxmalar, şikayətlər olduqda Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən özəl müəssisədə araşdırmalar aparılır". /musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Fevral 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri