Özəlləşdirmə və Milli Məclisə müraciət: Xalqa kömək edəcəksinizmi?
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Xahiş edirik: büdcə müzakirələri zamanı bu faktları nəzərə alın, Baş nazirə və nazirlərə problemimizi çatdırın
“Facebook”da (FB) 42 min ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupu adından Milli Məclisin Sədri xanım Sahibə Qafarovaya və bütün deputatlara açıq müraciət ünvanlanıb. AYNA.AZ müraciətin mətnini təqdim edir:
“Əziz deputatlar, xahiş edirik Xalqa kömək edin – Xalqa qarşı düşmənçiliyə və korrupsiyaya son qoyun!!!
Hörmətli Sahibə xanım!
Uzun illərdir Ulu Öndər Heydər Əliyev tərəfindən Qanunla verilmiş Özəlləşdirmə Paylarını (çeklərini) - Miras Əmlak Paylarını satmayıb, haqlarının bərpa olunmasını ümüdlə gözləyən yüzminlərlə ailə adından Sizdən və Qanunverici orqan olan Milli Məclisin bütün deputatlarından xahiş edirik: bu problemi Milli Məclisdə müzakirə edəsiniz, öz fikirlərinizi ictimayətlə bölüşəsiniz və Cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edəsiniz.
Sizə müraciət edərək, Müzəffər Ali Baş Komandan Cənab Prezidentin siyasətinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, korrupsiyaya və xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edirik.
Biz mətbuatdan bəzi deputatların (Zahid Oruc, Tahir Kərimli, Aydın Mizəzadə, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Razi Nurullayev, Fazil Mustafa və s.) Milli Məclisdə bu problemin müzakirəsi üçün verdiyi təkliflərinin kimlərinsə maraqlarına toxunduğu ücün dayandırıldığını bilirik. Bu gün Millət Vəkili olan Vüqar Bayramovun hələ (https://525.az/?name=xeber&news_id=101098#gsc.tab=0) 09.06.2018-ci il tarixində mətbuata dediyi “Mövcud qanunlara görə bütün özəlləşdiriləcək dövlət əmlakının 65 faiz özəlləşdirmə payı vətəndaşlara məxsusdur” – ifadəsindən də xəbərimiz var.
Hörmətli deputatlar!
Ermənilər bizim ata-baba torpaqlarımızı zəbt edən zaman, belələrinin faşist və Azərbaycan Xalqının düşməni olduğunu uşaqdan böyüyə qədər hamımız dərk ediriksə, demək ki, bizim ata-babalarımızın canı-qanı bahasına, Xalqın zəhməti hesabına qurulmuş dövlətın özəlləşdiriləcək əmlaklarından Qanunla Xalqa düşən hissəsini (65%-ni) min bir yolla (Molla Nəsrəddin - Mollaların Yetimin Malını Yemək üçün kitabdan-kitaba yazmaq məsələsi) ƏLƏ KEÇİRƏN məmurlara və sahibkarlara sabah XALQ DÜŞMƏNİ deyəcəklər.
Son illərdə 30-dan çox deputat, onlarla hüquqşünas alim, iqtisadçı ekspert, YAP ağsaqqalı, yüzlərlə müxtəlif sahələr üzrə tanınmış şəxs xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “Youtube” kanalları vasitəsilə müraciətlər ediblər. Ancaq nə Milli Məclisdə acıq müzakirələr aparılır, nə də Ali rəhbərliyə birbaşa çıxışı olan Milli Məclis üzvləri cənab Prezidentə tam və aydın məlumat verirlər.
Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib.
(Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı, Prezident Sarayı, 7 mart 1995-ci il - https://lib.aliyevheritage.org/az/4962292.html)

Bu gün bir vaxtlar babaları milyonçu olan, var-dövləti əlindən alınaraq ölüm hökmü verilən və sürgün olunan 10 minlərlə ziyalının əksəriyyətinin nə torpağı, nə bağları, nə də biznesləri var. Uzaq keçmişin gələcəkdə təkrarlanmaması üçün Ulu Öndər Heydər Əliyevin qoyduğu TARİXİ SOSİAL ƏDALƏT SİYASƏTİNİ, Xalqa Vədini, imzaladığı Konstitusiya və Qanunları bəyənməyən və pozan oliqarx məmurlar Xalq düşmənidir!
Müqəddəs “Quran” ayələrində başqasına məxsus olan əmlak payını və yetimin malını yeyənlər barədə cəhənnəm hökmünün olduğu, onların öz ailə və övladlarına haram yedirdikləri, ziyan vurduqları barədə, HƏTTA, başqasının malının talan edildiyini görüb susanlar barədə aydın yazılıb.
Hörmətli deputatlar!
Bu, sadə Konstitusiya və qanunların pozulması deyil – KORRUPSİYA və Dövlət CİNAYƏTİDİR! Xalqa və PREZİDENTƏ qarşı DÜŞMƏNCİLİKDİR!
Mülki Məcəllə, maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Qanunla öz vətəndaşlıq borcunu yerinə yetirməyənlər – öz şərəf və ləyaqətlərinə hörmət etməyən vətəndaşlardır.
Hörmətli deputatlar!
Sizlərdən həm qanunverici orqanda Xalqı təmsil edən Millət Vəkili, həm də bir vətəndaş kimi Xalqa kömək etməyinizi xahiş edirik.
Sizlərdən bu müraciətdə olan rəsmi dövlət orqanlarının sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumağınız, Cənab Prezidentə və Xalqa qarşı düşmənçiliyə son qoyulması üçün, hüquqi səhvlərin aradan qaldırılmasının təmin edilməsi üçün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil.
Konstitusiya və qanunlara əsasən, mülkiyyət hüququna, cənab Prezidentin də öz fərmanında yazdığı kimi, qanunvericiliklə qoyulmuş qaydalar – yəni ancaq Qanunda göstərilən qaydalar əsasında xitam vermək olar. Lakin oliqarx məmurlar 01.01.2011-ci ildən sonra cənab Prezidentin Fərmanını – Konstitusiya və qanunların qoyduğu qaydada İCRA ETMƏDİLƏR.
İndi isə “Cənab Prezident öz Fərmanı ilə Dövlət Özəlləşdirmə Paylarını dövriyyədən çıxarıb”, - deyərək, qəsdən cənab Prezidentə böhtan atırlar. Bu isə Qanunla korrupsiya cinayətidir. Bu yolla həmin məmurlar, bəzi hakimlərin vasitəsilə, öz qanunsuz əməllərini dövlət başçısının üzərinə atmaq istəyirlər.
Hətta, eşitdiyimiz məlumatlara görə, Prezident Aparatında çalışan bəzi məmurlar bu məsələ ilə bağlı məhkəmələrə, işə baxan hakimlərə təzyiq də göstəriblər. Hesab edirik ki, bu durum onların Cənab Prezidentə və dövlətə olan riyakar münasibətlərindən xəbər verir.

Artıq 8 aydır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında 2-1(102)-1781/2025 saylı iş üzrə icraat aparılır. Biz inanırıq ki, Ali Məhkəmə özü bu iş üzrə obyektiv araşdırma apararaq qanuni və əsaslı, ən mühümü ƏDALƏTLİ qərar qəbul edəcək. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin verdiyi şifahi-yalan məlumat əsasında “Cənab Prezidentin özəlləşdirmə çeklərini fərmanla dövriyyədən çıxardığını” qəbul edən, bu yalan məlumata Konstitusiya və qanunlara zidd olaraq hüquqi qüvvə vermək istəyənlər və Cənab Prezidentin fərmanını öz istədikləri kimi yozan hakim və məmurlar CİNAYƏT EDƏRƏK qəbuledilməz hüquq pozuntusu törədirlər.
Hörmətli Sədr və hörmətli deputatlar!
Biz Sizdən Ali Məhkəməyə müraciət etməyinizi və ya təziq göstərməyinizi XAHİŞ ETMİRİK!
İndi Elektron Hökumət mövcud olduğu bir zaman Ali Məhkəmə 8 aydır bu işi araşdırır. Qanunda inzibati işlər və müddətlə bağlı olan bu boşluq qanunverici orqan kimi Milli Məclisi narahat etməlidir.
Statistikaya görə özəlləşdirmə payları qalan – yaşlı nəsildən olan vətəndaşlardan hər il 1,5%-i dünyasını dəyişir. Bu, Özəlləşdirmə Paylarını satmayan1 milyon vətəndaşdan ildə 15 000 insan edir. Yəni, Ali Məhkəmənin qərarı çıxana qədər HƏR GÜN 41 insan öz haqqına qovuşmadan dünyasını dəyişir.
Sizcə, bu gün Milli Məclisdə müzakirə açılması və Ali Məhkəmədə işə tez baxılması üçün bundan vacib NƏ İŞ OLA BİLƏR???
Sizin seçiciləriniz olaraq sizlərə olan müraciətimizi Milli Məclisin tribunasından səsləndirməyinizi və müzakirə etməyinizi XAHİŞ EDİRİK!
Məlum olduğu kimi, mülkiyyət hüququna qanundan aşağı qanunvericilik aktı ilə xitam verilməsi qəbuledilməzdir. Bu hal qanunvericiliklə korrupsiya cinayəti hesab olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının başqa bir vətəndaşın 2-1(102)-581/2023 saylı işi üzrə qəbul etdiyi 17.03.2023-cü il qərarının 10-cu bəndində deyilir: “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavüldə olma müddəti 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamış, ən azından, hazırkı günə bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil. Beləliklə də konkret halda, iddiaçı ona (ailəsinə) verilmiş özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanını qaçırmış, hətta həmin vaxtdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik iddia müddəti də keçmişdir. İddiaçı qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüququnu itirdiyi halda, əlində qalmış çeklərə görə cavabdehlərə qarşı ona vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşdür”.
Ali Məhkəmənin həmin qərarından göründüyü kimi, əgər özəlləşdirmə çekləri qanunla dövriyyədən çıxarılmış olsaydı, mülkiyyət hüququ verən əşya kimi də məhv edilmiş olardı. Yəni, ən əsası, Ali Məhkəmə birbaşa özü təsdiq edir ki, çeklər hələ dövriyyədən çıxmayıb və ola bilər ki, Fərmanla yenidən istifadə hüququ bərpa olunsun, lakin hələlik bu barədə bu günə qədər heç bir məlumat verilməyib. Beləliklə, Ali Məhkəmə öz qərarında yazdığı əsaslandırmada yeni fərmanla özəlləşdirmə çeklərinin istifadə olunması ehtimalını aydın şəkildə yazaraq, özəlləşdirmə çeklərinin hələ də dövriyyədə olduğunu təsdiqləyib.
Diqqət!
Hüquqşünaslar gözəl bilirlər ki, Qanunla dövriyyədən çıxarılmış heç bir əşya (mülkiyyət hüququ) heç vaxt Fərmanla yenidən dövriyyəyə qayıda bilməz! Eyni zamanda Konstitusiya və Qanunlara əsasən mülkiyyət hüququna Fərmanla nə xitam verilə bilər nə də istifadəsi məhdudlaşdırıla bilər!
Əgər belə deyilsə, məhkəmələr özəlləşdirmə çeklərinin hansı qanunla dövriyyədən çıxarılmış olduğunu təsdiq etməlidir. Əks halda Əmlak Xidmətinin və hakimlərin “Özəlləşdirmə paylarını (çeklərini) Cənab Prezident öz fərmanı ilə dövriyyədən çıxarıb” ifadəsi birbaşa Cənab Prezidenti qanun pozuntusunda – korrupsiya cinayətində günahlandırmağa çalışmaq, ölkə başçısına böhtan atmaq cəhdidir.
Hörmətli deputatlar!
Sizlərdən xahiş edirik, bizə kömək edin ki, Cənab Prezidentimizə böhtan atan bütün şəxslər müəyyən edilsin. Məmur özbaşınalığı nəticəsində Cənab Prezidentin nüfuzuna xələlə gətirilmə cəhdlərinin qarşısı alınsın. Belə məmurlar cəzalandırılsin ki, başqa məmurlar üçün də bu, nümunə olsun.
Cənab Prezident hüquqşünas deyil. Xahiş edirik, kimin Cənab Prezidentə çıxışı varsa, bu barədə təcili dövlət rəhbərinə məlumat versin.
Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-4-cü maddəsində Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) qiymətli kağız və mülkiyyət hüququ olduğu öz təsdiqini tapır. Qanunla özəlləşdirmə qiymətli kağızı olan Dövlət Özəlləşdirmə Payları (çekləri) Mülki Məcəllədə göstərilən qaydalar əsasında dövriyyədən çıxarılır.
Mülkiyyət hüququna xitam vermək Azərbaycan Respublikası Konstitusiyasına əsasən ancaq qanunla və əvvəlcədən kompensasiya ödəməklə mümkün ola bilər. Məhz Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.
Hətta, Mülki Məcəllədə qiymətli kağızların dövriyyədən çıxarılmasını nəzərdə tutan 1078-27.1.5-ci maddəsində “qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda” yazılmasına baxmayaraq, Mülki Məcəllədə olan qaydadan başqa bu günə qədər HEÇ BİR BAŞQA QANUNVERİCİLİK QAYDASI mövcud deyil.
Rəsmi məlumat - https://youtu.be/AACKIFou4CE?si=l9HtRUpZJT-Pgjhc
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin qüvvədə saxladığı Bakı İnzibati Məhkəməsi hakiminin qərarında yazılıb ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və digər” tələbləri barədə iddiaları mümkün sayılmasın.
Məhkəmələrin öz qərarlarının əsaslandırma hissəsindən məlum olur ki, “Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı hakimlər, vətəndaşların mülkiyyət hüququnu tanıyır, lakin özəlləşdirmə çekləri 2011-ci ildə dövriyyədən çıxarıldığı üçün vətəndaşlar 1 illik kompensasiya müddətini ötürüb və hüquqlarını itiriblər”.
Məhkəmə iclaslarında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələri heç bir rəsmi sənədə əsaslanmadan – şifahi sözlə Dövlət Özəlləşdirmə Çeklərini cənab Prezidentin dövriyyədən çıxardığını iddia edərək böhtan atdılar. Hakimlər isə, bilə-bilə qanunsuz qərar qəbul edərək, Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələrinin yalanına şərik oldular.
Xahiş edirik, diqqət edin!
Cənab Prezident öz Fərmanında “2011-ci ilin 1 yanvarınadək istifadə olunmayan çeklər dövriyyədən çıxarılır” yazmayıb. Çünki dövriyyədən çıxarılma mülkiyyət hüququna xitam - verməkdir və bu, ancaq Qanunla mümkündür. Əks halda bu, qanunvericiliklə korrupsiya cinayəti sayılır.
Məhkəmələr öz əsaslandırmalarında olan mövqeyi ilə Korrupsiya cinayəti olan bu hüquq pozuntusunu cənab Prezidentin üstünə atmaq mövqeyi tutur.
Yenə diqqət edin!
Məzh, bu səbəbdən cənab Prezidentin fərmanında açıq-aydın göstərilib ki, özəlləşdirmə çekləri qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olaraq dövriyyədən çıxarılmalıdır. Cənab Prezidentin özünün imzaladığı Qanunvericilik Aktlarına görə, Azərbaycan Respublikası adından qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət etmək səlahiyyətləri əvvəllər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına aid idi. İndi isə bu səlahiyyət Mərkəzi Banka aiddir.
Mülki Məcəlləyə uyğun olaraq, qanunla qiymətli kağızların dövriyyədən çıxarılması zamanı - Kompensasiya verilməsi müddəti bu barədə mətbuatda Elan verildiyi andan, yəni, bu KOMPENSASİYAnı vətəndaşlar haradan və necə əldə edəcəkləri barədə məlumatı mətbuatdan əldə etdikləri andan başlayır. 2011-2016-ci illər ərzində bu prosesə cavabdeh olan heç bir rəsmi Dövlət Orqanı tərəfindən mətbuatda elanın olmadığı halda, məhkəmələr qərarlarında qeyd ediblər ki, vətəndaşlar kompensasiya almaq üçün 1 illik müddəti ötürüblər.
Əgər mətbuatda elan verilməyibsə, vətəndaşların bu kompensasiyanı haradan əldə edəcəkləri və hansı məbləğdə pul kompensasiyası alacaqları barədə heç vaxt mətbuatda rəsmi məlumat olmayıbsa, bu müddət necə keçə bilər?
Məhkəmələr zamanı nə hakimlər, nə də ƏMDX-nin nümayəndələri bu sualın cavabını verdilər. Onlar SUSMAQLA öz cinayətlərini ölkə rəhbərliyinin üstünə atmaq niyyətlərini nümayiş etdirdilər.
Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır və qanunla qorunur. Əgər Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılıbsa, qanunla bu barədə olan elanda mütləq şəkildə vətəndaşların hər Özəlləşdirmə Çekinə uyğun olaraq ala biləcəyi kompensasiyanın miqdarı və vətəndaşların bu kompensasiyanı hansı ünvandan – hansı Bankdan, hansı formada (nağd şəkildə, yoxsa hesaba köçürmə yolu ilə) alacaqları barədə məlumatlar olmalıdır.
Cənab Prezidentin öz Fərmanında göstərdiyi kimi – Qanunvericiliklə müəyyən olunmuş qaydada, yəni, ancaq Qanunla dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıla bilər. Lakin Qanun icra edilməyib - bunların heç biri olmayıb. Bütün bunları aşağıdakılar təsdiq edir:
BİRİNCİSİ: 2011-2016-ci illərdə Qanunvericiliklə Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarətə cavabdeh olan Qiymətli Kağızlar Komitəsi öz rəsmi saytında bu barədə açıq-aydın yazıb ki, 2011-2016-ci illərdə Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılmayıb.
Qiymətli Kağızlar Komitəsinin rəsmi saytının arxivindəki Sual-Cavab bölməsində “Hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir” sualına cavab olaraq “özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir” yazılıb. Bu məlumat 2011-2016-cı illər ərzində Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını təsdiq edir.
Hətta, “Facebook”da 42 min ailəni özündən birləşdirən “Özəlləşdirmə Çekləri” qrupunda təmsil olunan ziyalılar 2011-2012-ci illərdə dəfələrlə Qiymətli Kağızlar Komitəsinə müraciət ediblər. Onlara cavab olaraq Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını söyləyiblər. Deyiblər ki, “əziyyət çəkib gəlməyin, çünki, ən əvvəl Əmlak Komitəsi tərəfindən dövriyyədə qalan, ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunmayan - dövriyyədən çıxarılacaq çeklərin ümumi sayı və hər özəlləşdirmə çekinin inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin qiyməti – nominal qiyməti manatla müəyyən edildikdən sonra Əmlak Komitəsi – bizə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə rəsmi müraciət etməlidir”.
Bu kompensasiya məbləği bir necə milyard manat olduğu üçün əvvəl dövlət düdcəsində təsdiq olunmalı və pul ayrılmalıdır. Ancaq bundan sonra çeklərin dövriyyədən çıxarılması qaydası Qiymətli Kağızlar Komitəsi tərəfindən hazırlanacaq və sonra çeklərin dövriyyədən çıxarılacağı barədə mətbuatda elan veriləcək.
İKİNCİSİ: 2017-ci ildə vətəndaşların müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Özəlləşdirmə Çeklərinin Qanunla dövriyyədən çıxarılmasına cavabdeh olan AR Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdiyi məktuba verilən 2 rəsmi cavab məktubunda Maliyyə Bazarlarına Nəzarət Palatası yazıb ki, “Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatmasına baxmayaraq, Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar hələlik müəyyən edilməyıb və bu səbəbdən də 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur.
ÜÇÜNCÜSÜ: Cənab Prezidentin öz Fərmanında yazdığı kimi Özəlləşdirmə Çekləri Qanunvericiliklə müəyyən olunmuş qaydada dövriyyədən çıxarılmış olsaydı, çeklərini satmayıb ümidlə saxlayan yüzminlərlə ailədən heç olmasa biri kompensasiya almış olardı. Büdcəni təsdiq edən deputatların bundan xəbəri olardı.
“Özəlləşdirmə Çekləri” qrupunun nümayəndələri Mərkəzi Bankın şöbə müdirləri, ixtisasca hüquqşünas olan Murad Məmmədovun və Yusif Məmmədovun qəbulunda olanda onlar Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını və bu günə qədər mətbuatda özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılacağı barədə heç bir rəsmi elanın olmadığını deyiblər. Hətta, hər ikisi də öz ailələrində Özəlləşdirmə Çeklərinin qaldığını söyləyiblər. Bildiriblər ki, “əgər çeklər cənab Prezidentin yazdığı kimi qanunvericiliklə dövriyyədən çıxarılmış olsaydı, birinci biz bilərdik və birinci biz kompensasiya alardıq”.
Bu hüquqşünasların hər ikisi əvvəllər qanunvericiliklə çeklərin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına cavabdeh olan Qiymətli Kağızlar Komitəsində və Maliyyə Bazarlarına Nəzarət Palatasında şöbə müdirləri olub. Hətta onlar dediyiblər ki, dövlət orqanlarından gələn bütün rəsmi məktublar və verilən cavablar hamısı qanunvericiliyə uyğun olaraq Qiymətli Kağızlar barədə Dövlət Reyestrində mütləq qeyd olunur və dövlət tərəfindən buna səlahiyyətli olan arxivlərdə saxlanılır.
Diqqət edin!
Mülki Məcəllənin 1078-27.3-cü maddəsinə əsasən, qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi mediada dərc olunmalıdır.
Maddə 1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.
Maddə 1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
İnzibati icraat haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU. Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
Maddə 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt mediada dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır.
Əgər bunların heç biri olmayıbsa, deməli Əmlak Komitəsindəki məmurlar öz cinayətlərini ali rəhbərliyin üstünə atmaq istəyirlər.
Bakı İnzibati Məhkəməsinin və Apellyasiya Məhkəməsinin hakimlərinin qanunvericiliyi pozaraq, cənab Prezidentin Fərmanını öz istədikləri kimi xaincəsinə - yəni çeklərin qanunla deyil, Prezidentin Fərmanı ilə dövriyyədən çıxarıldığı kimi yozması, heç bir hüquqi fakta və rəsmi sənədə əsaslanmadan – şifahi deyilmiş bir söz əsasında qərar qəbul etməsi Cənab Prezidentə və Xalqa qarşı cinayətdir.
Əgər Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılıbsa, mütləq hansı qanunla çıxarıldığı əsaslandırılmalıdır. Çeklərin fərmanla dövriyyədən çıxarılmasının qanunvericiliklə korrupsiya cinayəti olduğunu bütün hüquqşünaslar gözəl bilir. Bu səbəbdən də oliqarx məmurların cinayətini cənab Prezidentin üstünə atmaq istəyən və bu yalana hüquqi qüvvə vermək istəyənlərin üzə çıxarılması və cəzalandırılması vacibdir. Bu oliqarx məmurların xainliyi və niyyəti ondan ibarətdir ki, xalqın, çek sahiblərinin onlara olan nifrətini və qarğışını ölkə başçısına yönəltsinlər.
DÖRDÜNCÜSÜ: Özəlləşdirmə çekləri dövriyyədən çıxarılmadığı ücün – yenidən səmərəli istifadə olunması ücün Azərbaycan Respublikası Prezidenti tərəfindən 14 may 1997-ci il 579 nömrəli Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə sonradan 22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanla dəyişikliklər edilib - (https://e-qanun.az/framework/28949 ) .
Ən əsası əgər özəlləşdirmə çekləri dövriyyədən çıxarılmış olsaydı, yəni mülkiyyət hüququna fərmanla xitam verilmiş olsaydı, Cənab Prezident 28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Fərman ilə 10 avqust 2000-ci il “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 383 nömrəli Fərmanında dəyişiklik edərdimi?
Həmin dəyişiklikdə deyilir: “4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın”.
Bu Fərman bir daha təsdiq edir ki, Özəlləşdirmə Payları (çekləri) başqa bir Qanunvericilik Aktı ilə yenidən istifadə oluna bilər – yəni Özəlləşdirmə Çekləri Qanunla dövriyyədən çıxarılmayıb. Eyni zamanda Cənab Prezidentin yeni sərəncamı ilə Yeni Özəlləşdirmə Qanunu İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq 2025-ci ildə Milli Məclisin müzakirəsinə veriləcək.
Deməli, Yeni Özəlləşdirmə Qanununda Özəlləşdirmə Paylarının (çeklərinin) yenidən ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunması planlaşdırılır.
Cünki hüquqşünas alimlərin də yazdığı kimi, birbaşa Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərdə Özəlləşdirmə Dövlət Nəzarəti Komissiyasının Sədri olan Baş nazir Nazirlər Kabineti adından 2011-2022-ci illərdə 10-dan çox qərar qəbul edıb (aşağıdakı ştrix koddan tanış ola bilərsiz) və artıq 16 ildir Özəlləşdirmə prossesi Konstitusiya və Qanunlara ZİDD olaraq aparılır.
Qanunla orta və iri müəsisələrin 65%-i Özəlləşdirmə Payı(çek) kimi ölkə vətəndaşlarına verilməlidir. Bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə bütün özəlləşdirmə dövrü üçün, yəni tədavül müqqəti başa catmış olsa belə, ya dövriyyədən çıxarılmalı idi, ya da bütün dövriyyədə olduğu müddətdə Özəlləşdirmə Çekləri Ödəmə-Tədiyyə vasitəsi kimi istifadə olunmalıdır. Mülkiyyət hüququndan istifadə ancaq Qanunla məhdudlaşdırıla bilər.
Sadəcə Ulu Öndər Heydər Əliyev rəhmətə gedəndən sonra Ramiz Mehdiyevin və maraqlı oliqarx məmurların Cənab Prezident İlham Əliyevin etibarından sui-istifadəsi nəticəsində Fərmanla - yəni Qanunla özəlləşdirmə payı-çekləri kimi mülkiyyət hüququnu təsdiq edən və Qanunla Dövlət İnvestisiya Fondları yaradılana qədər bütün özəlləşdirmə dövrü üçün dövriyyədə ödəmə vasitəsi kimi istifadəsi – mülkiyyət hüququndan istifadə qaydası Konstitusiya və Qanunlarla qoyulan və qorunan bir qayda – Konstitusiya və Qanunlara tam zidd olaraq ilk dəfə 2004-cü ildə 75 nömrəli Fərman 1.1-ci bəndi ilə məhdudlaşdırılaraq sonradan ləğv olundu. Bu vaxta qədər Ödəmə -Tədiyyə vasitəsi kimi istifadə bu gün də qüvvədə olan 878 nömrəli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsi ilə tənzimlənirdi.
Xüsusi bir qeyd edək ki, Belarusda özəlləşdirmə bizdən əvvəl başlayıb və özəlləşdirmə çekləri bu gün də Ödəmə-Tədiyyə vasitəsi kimi istifadə olunur. Yəni, bizdə də Qanunla qoyulmuş qaydaya əsasən (bu gün qüvvədə olan ÖZƏLLƏŞDİRMƏ Qanunu 10-cu Maddə ) Özəlləşdirmə Çeklərindən Tədavül vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra - Belarusda olduğu kimi, Çeklər Ödəmə-Tədiyyə vasitəsi kimi dövriyyədən çıxarılana qədər – yəni Dövlət tərəfindən İnvestisiya Fondları yaradılana qədər QANUNLA istifadə olunmalı idi.
Güman edirik ki, tezliklə BÖYÜK Özəlləşdirmə Qanunu ilə Çeklərə inflyasiyadan qorunan YENİ qiymət qoyularaq, onlardan dövriyyədə yenidən ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunacaq. Yəni, Özəlləşdirmə Payları (çekləri) Qanunvericiliklə dövriyyədən çıxarılmış olsaydı, Cənab Prezident heç vaxt belə bir Fərman verməzdi.
Vətəndaşların Cənab Prezidentə ümid və etibarı böyükdür. Məmurların dövlət başçısının etimadından sui-istifadə etməsi haqda Prezidentimiz özü dönə-dönə danışıb. Bu barədə ölkə mətbuatı, o cümlədən Haqqın.az saytı dəfələrlə yazıb.
Oxuyun: Кто и как лишил граждан Азербайджана прав на приватизацию?
Hörmətli Deputatlar!
Cənab Prezidentə və Xalqa qarşı cinayətin, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasının və hüquqi səhvlərin məhkəmələr tərəfindən aradan qaldırılması Cənab Prezidenti sevən bütün qeyrətli vətəndaşların borcudur. Lakin bəzi hakimlər cinayət edərək, oliqarx məmurlarla əlbir olaraq Cənab Prezidentə böhtan atır, onu nüfuzdan salmaq istəyirlər.
Cənab Prezidentə və Xalqa qarşı düşmənçiliyə son qoyulmalıdır. Cənab Prezident Özəlləşdirmə Çeklərini dövriyyədən çıxarmayıb. Çünki bu səlahiyyəti Cənab Prezident özünün imzaladığı qanunvericiliklə başqa Ali Dövlət Orqanlarına verib.
FB-da Özəlləşdirmə Çekləri qrupunda birləşmiş 42 min Ailənin təmsilçiləri - Özəlləşdirmə Çeklərini satmayan vətəndaşlar Baş nazirə, Baş prokurora, DTX-ya, AzTV və İTV-yə, Prezident Administrasiyasına və daha 18 dövlət orqanına Xahiş - müraciətlər göndəriblər. Lakin bu günə qədər məlumatın cənab Prezidentə çatdırılması barədə heç bir xəbər yoxdur.
Əziz deputatlar!
Hətta, Milli Məclisin Sədri hörmətli Sahibə xanıma göndərdiyimiz müraciət də cavabsız qalıb. Sizlərdən Xahiş edirik, hər biriniz Milli Məclisdə bu barədə öz fikirlərinizi bildirəsiniz və Xalqa kömək edəsiniz.
Bizim bu barədə dövlət orqanına yazdığımız müraciətlərdə olan əsaslandırmaları bütün deputatlarımız da bilməlidir:
Vətəndaşların məhkəmələrə təqdim etdikləri Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını təsdiq edən və Cənab Prezidentin üstünə böhtan atıldığını sübut edən 2 Ali Dövlət Orqanı tərəfindən verilmiş rəsmi sənədlərin və kompüterdə olan rəsmi məlumatların yalan və ya saxta informasiya olduğu aşkarlanarsa, bu halda vətəndaşları aldadaraq cinayət etmiş bu 2 Ali dövlət orqanında işləmiş və bu gün yaşayan məmurlar, o cümlədən Rüfət Aslanlı barəsində cinayət işi açılmalıdır. Belə ki, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs və eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313.1-ci maddəsinə əsasən cinayətdir. Vətəndaşların məhkəmələrə təqdim etdikləri Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını və Cənab Prezidentin üstünə böhtan atıldığını sübut edən 2 Ali Dövlət Orqanı tərəfindən verilmiş rəsmi Dövlət sənədlərinin və kompüterdə olan rəsmi məlumatların yalan və ya saxta informasiya olduğu sübuta yetirilməzsə - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə iclaslarında yalan məlumat verərək – başqa bir ifadə ilə cinayət əməli törədərək, Cənab Prezidentə böhtan ataraq, adına və ləyaqətinə ləkə salmaq istəyən məmurlar və onları bu yalan informasiyanı məhkəmə iclasında demək üçün göndərən bütün məmurlar, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Cənab Prezidentə və Xalqa qarşı cinayət edir. Heç bir hüquqi əsas olmadan Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin verdiyi şifahi məlumat əsasında bilə-bilə, ədalətsiz qərar çıxarmış Baki İnzibati Məhkəmənin hakimi Emin Abdullayev, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Rəşid Səmədov, Xəyalə Cəmilova və Elvin Əliyev böyük qanunsuzluğa yol verir – Bu qanunsuzluq birbaşa Cənab Prezidentə və Xalqa qarşıdır. Əldə etdiyimiz məlumatlara görə, Prezident Aparatında da çalışan bəzi məmurlar bu məsələ ilə bağlı məhkəmələrə, işə baxan hakimlərə təzyiq göstəriblər. Bu səbəbdən Prezident Aparatında məhkəmələrə göstəriş verərək Cənab Prezidentin adına xələl gətirməyə çalışan məmurların kim olduğu araşdırılaraq – cinayət məsuliyyətinə cəlb olunmaları ücün - Prezident Aparatında olan bəzi məmurların bu cinayətlə əlaqəli olduğu ehtimalının çox böyük olduğunu nəzərə alaraq xahiş etmişik ki, bu cinayətlər barədə Cənab Prezidentə məlumat verilsin.Hörmətli Deputatlar!
Özünüz də dəfələrlə Milli Məclisdə səsləndirmisiniz ki, deputatlar ayrı-ayrılıqda müraciət edən zaman məmurlar onlara qarşı saymamazlıq edirlər. Bu səbəbdən Sizlərdən çox Xahiş edirik ki, bizim 2 il ərzində dəfələrlə müraciətlərimizə baxmayaraq cavab ala bilmədiyimiz bu sualların cavabını Milli Məclis adından Əmlak Məsələləri Dövlət Xidmətindən və Mərkəzi Bankdan TƏLƏB EDƏSİNİZ.
1) Dövlət Qiymətli Kağızı olan çeklərin dövriyyədə tədiyyə və ödəmə-tədavül vasitəsi kimi istifadəsi başa çatandan sonra, qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılması üçün Qiymətli Kağızların Dövlət Reyestirində müvafiq qeydlər nə vaxt edilmişdir?
2) Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması barədə məlumat – hər özəlləşdirmə payına görə vətəndaşlara çatacaq kompensasiyanın miqdarı, hansı bankdan ala biləcəkləri barədə elan mətbuatda nə vaxt verilmişdir?
(Bütün Xalq bilir ki, bunların heç biri olmayıb! Lakin uzun illərdir bu sualların cavabını ala bilmirik.)
3) Mülkiyyət hüququna kompensasiya üçün ayrılmış maliyyə vəsaitləri milyardlarla manat təşkil edir. Əgər bu vəsaitdən bir manat da heç bir vətəndaşa verilməyibsə, milyardlarla manatın taleyi necə oldu?
Hörmətli deputatlar!
Siz hamınız gözəl bilirsiniz ki, əgər Konstitusiya və Qanunlara uyğun olaraq maliyyə vəsaiti ayrılmış olsaydı, heç olmasa, bir deputatın bundan xəbəri olardı.
Sizlərdən bir daha Özəlləşdirmə Paylarını satmayıb ümüdlə saxlayan yüzminlərlə AİLƏ adından xahiş edirik: Milli Məclis adından bu suala cavab alınmasında və həqiqətlərin cənab Prezidentə çatdırılmasında Xalqa kömək edəsiniz.
Eyni zamanda, Xahiş edirik ki, BÜDCƏ müzakirələri zamanı bu faktları nəzərə alasınız. Baş nazirə və nazirlərə, xüsusən də İqtisadiyyat və Maliyyə nazirlərinə suallar verəsiniz.
Daha ətraflı Qiymətli Kağız kimi mülkiyyət hüququ olan Özəlləşdirmə Çeklərinin Dövriyyəsi, Dövriyyədə Tədavül və Tədiyyə -Ödəmə anlayışları haqqında Qanunla hüquqi tənzimlənməsi, hüquqi faktlar və Rəsmi Ali Dövlət orqanlarının sənədləri ilə - 10 Hüquq Professoru tərəfindən hazırlanmış və Ali Məhkəməyə verilmiş Kassasiya şikayətini buradan endirib tanış ola bilərsiz.
https://mega.nz/file/6ctFyJpb#mwx1Yjg6pQhTKX8nbpnp8S6cjo0dmICmWEt1BCwZ7N0


