Icma.az
close
up
RU
Özgə qapısında çalınan TOY

Özgə qapısında çalınan TOY

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bu ilin ilk doqquz ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1570 nikah rəsmiləşdirilib. 

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nikahların 858-i Azərbaycan vətəndaşı olan kişilərin, 712-si isə qadınların əcnəbilərlə ailə qurması ilə bağlıdır. 

Ən çox nikahlar Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan və Pakistan vətəndaşları ilə qeydə alınıb. Əcnəbi vətəndaşlarla ailə quranların sayının artması onu göstərir ki, cəmiyyətin bu tip nikahlara münasibəti dəyişir. 

“Cebheinfo.az”-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, qanunvericilikdə, eləcə də milli adət-ənənələrimizdə başqa ölkə vətəndaşı və ya başqa dinə mənsub şəxslə ailə qurmağa qadağa yoxdur. Onun sözlərinə görə, qanunvericilik buna icazə verir və milli adət-ənənələrimizdə də qəbahət sayılmır: 

“Lakin sual yaranır ki, bəzi insanlar niyə yerli vətəndaşla deyil, məhz əcnəbilərlə ailə qururlar? 

Məsələni sosioloji baxımdan araşdırdıqda burada bir sıra səbəblərin rol oynadığını görmək mümkündür. Onu qeyd edim ki, son illər ölkəmizə xarici vətəndaşların axını artıb. Əvvəllər bu qədər xarici iş adamı və ya mütəxəssis ölkəmizdə fəaliyyət göstərmirdi. 

Bu amil bir səbəb ola bilər. İkinci səbəb kimi maddi amilləri göstərmək olar. Bəzi gənclərimiz arasında xaricə meyillilik var və bu da maddi imkan fərqlərindən qaynaqlanır”. 

Tural İrfan qeyd edib ki, işsizlik, maddi sıxıntılar və ailə qurmaqda yaşanan çətinliklər bir çox gəncin qərarlarına təsir göstərir: 

“Düşünürəm ki, sosial vəziyyət də bu prosesə təsir edir. Bir çox gənc işsizlik, maddi çətinliklər və ailə qurmaqda problemlərlə üzləşir. Bu səbəbdən bəzi xanımlar da düşünürlər ki, yerli vətəndaşla ailə qursalar, eyni sosial problemlərlə üz-üzə qalacaqlar. Əcnəbiləri bu baxımdan daha üstün görür ki, onlarla ailə qurur. 

Bu vəziyyəti düzgün qiymətləndirmək üçün ölkədəki boşanma statistikası ilə müqayisə aparmaq lazımdır. Əgər boşanmaların sayı artırsa, deməli, gənclər arasında sosial problemlər və uyğunlaşma çətinlikləri mövcuddur. Əcnəbi vətəndaşların maddi vəziyyəti nisbətən qənaətbəxş olduğu üçün bəzi azərbaycanlı xanımlar onlarla ailə qurmağa üstünlük verirlər. 

İşsızlikdən, maddi çətinlikdən dolayı problemlər yaranır, ailələr dağılır. Bu kimi hadisələrə görə insanlar əcnəbi vətəndaşla evlənirlər. Ümumilikdə, bu meyilin kökündə sosial amillər, işsizlik və maddi çətinliklər dayanır. Düşünürəm ki, burada sosial vəziyyətdən doğan insan xarakterinin mənfiyə doğru getməsi də yer alır”. 

İlahiyyatçı əlavə edib ki, İslam dininə görə, müsəlman kişilərin yalnız müsəlman, həmçinin “kitab əhli”, yəni yəhudi və xristian qadınlarla evlənməsinə icazə verilir: 

“Dini baxımdan müsəlman kişiyə müsəlman, yəhudi və xristian qadınla evlənmək icazəlidir. Bunun səbəbi onların “kitab əhli” olmasıdır, yəni onlar da tək Allaha inanırlar. Lakin digər dinlərin mənsubları ilə evlənmək İslamda düzgün sayılmır. Qadınlara gəldikdə isə müsəlman xanımların xristian və ya yəhudi kişilərlə evlənməsinə icazə verilmir.

Peyğəmbərimizin (s.ə.s.) həyat yoldaşlarının ikisi yəhudi və xristian olub. Amma İslamda qadınların yəhudi və xristianlara ərə verilməsi ənənəsi yoxdur. Bu, dinin tövsiyəsidir, lakin hüquqi baxımdan, yəni qanunvericilikdə belə nikahlara icazə var. İslamda “ümmətçilik” prinsipi əsas götürülür, millətçilik yox. 

İslamda din və inanc əsas götürülür. İslamda “əcnəbi” anlayışı yoxdur, yalnız müsəlman və qeyri-müsəlman fərqi mövcuddur. Bir də bizim xalqın özünün adət-ənənəsi var. Müəyyən adamlar buna yaxşı baxmır, ancaq dində belə bir göstəriş yoxdur”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: toy Tural İrfan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri