Özgür Özel Kemal Kılıçdaroğluna cavab verdi
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cümhuriyyət Xalq Partiyasının başqanı Özgür Özel, keçmiş başqanlardan Kemal Kılıçdaroğlunun açıqlamalarına cavab verdi.
Sherg.az xəbər verir ki, Kılıçdaroğlu, qurultayla bağlı təhqiqat səbəbindən ona yönələn tənqidlərə, "Hər kəs bilsin ki, bu partiyanın düşmənlərini yenə bu partiyanın hərəmi-ismətində boğmağa müqtədirik." sözləri ilə cavab vermişdi.
T24-ə danışan Özel, Kılıçdaroğlunun sözlərini dəyərləndirdi. CHP lideri, "Burada deyəcək heç bir sözüm yoxdur." dedi.
Özel, CHP-li bələdiyyələrə qarşı aparılan təhqiqatları xatırladaraq, "Tarixin ən böyük hücumu altında partiya birləşdi, bütövləşdi." ifadələrini işlətdi.
Özgür Özel deyib ki, "Sorğular mövcud vəziyyəti göstərir, nümayəndələr dedi, meydanlar dedi, mənə burada söz düşmür."
Qurultayla bağlı təhqiqatı da şərh edən Özel, "Partiyanı müzakirə mövzusuna çevirməmək ən böyük qazanc olar. Buna görə də ağıllı olub partiyanı müzakirəyə açmamaq lazımdır." deyə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 01 İyun 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















