Özgür Özəlin bu tarixdə CHP dən istefa verəcəyi iddia olunur
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin aparıcı müxalifət partiyası Cünhuriyyət Xalq Partiyasının (CHP) seçilmiş sədri Özgür Özəlin partiyasından istefa verəcəyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Bildirilib ki, Ö. Özəl iyulun 21-də keçirilməsi nəzərdə tutulan parlament qrupu iclasında partiyadan istefa verəcək.
Qeyd olunur ki, Özəl, həmçinin sözügedən iclasda quracağı yeni bir partiya ilə bağlı konkret mesajlar verəcək.
Xatırladaq ki, bu ilin aprel ayında məhkəmə CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifədən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə qərar qüvvəyə minənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Bundan sonra Özgür Özəl və tərəfdarları CHP-dən ayrılaraq yeni siyasi partiya qurmaq fikrini müzakirə etməyə başlayıblar. Bir neçə gün əvvəl isə yeni yaradılacaq partiya ilə bağlı bəzi təfərrüatlar bəlli olub.
Bu mövzuda digər xəbərlər:CHP Özgür Özəlin sirlərini yaymağa başladı
24 İyul 2026 11:37
CHP də diqqətçəkən sorğu: Özgür Özəlin gözləntisi təsdiqləndi
15 İyun 2026 12:23
CHP sədri Özgür Özəlin deputat toxunulmazlığı götürülür Parlamentə təqdimat verildi
08 İyul 2025 14:03
CHP sədri Özgür Özəlin açıqlaması İstanbul Baş Prokurorluğunu hərəkətə gətirdi
31 Oktyabr 2025 20:21
Nazirlərdən Özgür Özəlin sözlərinə SƏRT REAKSİYA
06 Aprel 2025 23:36
Baxış sayı:149
Bu xəbər 18 İyul 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















