Özlərini vəzifəli şəxs kimi təqdim edib 712 minlik dələduzluq etmişdilər HÖKM OXUNDU
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Özlərini vəzifəli şəxs kimi təqdim edib vətəndaşları aldadaraq pullarını mənimsəməkdə təqsirləndirilənlər İlkin Babayev, Eldar Muradov və Mobil Həsənzadənin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən yekun prosedə hökm oxunub.
Hökmə əsasən, Mobil Həsənzadə 7 il 10 ay, İlkin Babayev 8 il 9 ay azadlıqdan məhrum edilib. Eldar Muradova isə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Qeyd edək ki, İlkin Babayev, Eldar Muradov, Mobil Həsənzadə və digərlərinin qabaqcadan əlbir olub özlərini müxtəlif dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin olunma, hüquq-mühafizə orqanlarında aparılan araşdırmaların dayandırılması, elmi dərəcələrin verilməsi və digər məsələlərin həllində köməklik göstərəcəklərinə dair yalan vədlər verərək ayrı-ayrı şəxslərin ümumilikdə 712 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq zamanı vurulmuş ziyanın bir qisminin ödənilməsi təmin edilib.
Xatırladaq ki, təqsirləndirilənlərdən Mobil Həsənzadə və İlkin Babayev barəsində həbs qətimkan tədbiri, Eldar Muradov barəsində isə həbs olmayan qətimkan tədbiri seçilmişdi.
Fidan Fərmanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 25 İyul 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















